Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“UŞAQLARIN ƏMƏYİ İSTİSMAR OLUNUR” – MÜSAHİBƏ

.

Bu gün Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü olduğundan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyevdən Azərbaycanda uşaq əməyindən istifadə ilə bağlı müsahibə aldıq. Müsahibəni təqdim edirik:

- Azərbaycanda baxımsız uşaqların vəziyyəti necədi?
- 2012-ci ilin 10 ayında Azərbaycan polisi tərəfindən aparılmış reydlər zamanı küçədə yaşamağa məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilib. Bu barədə Milli Məclisin İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru Bilayət Eyvazovun Məclisə təqdim etdiyi illik hesabatında bildirib. Onun sözlərinə görə, müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyatı dövlət strukturlarına göndərilib.

- Baxımsız uşaqları ən çox harda qeydə almısız?
- Şəhər yerində, xüsusilə, Bakıda küçə uşaqları daha çoxdur. Ötən il bu rəqəm 56 idisə, indi 47 nəfər təşkil edir. Gəncədə keçən il 3-4 nəfər idi. Bakıda olanlar isə daha çox rayonlardan gələnlərdi. Həmçinin, apardığımız araşdırmalar rayonlarda yaşayan uşaqların təhsildən yayındıqda ailənin kəndli təsərrüfatında çalışdığını göstərir. Onlar bunu ailələrinə kömək etmək məqsədilə edirlər. Bu halda biz valideyni məsuliyyətə cəlb edirik.

- Sənədi olmayan uşaqlar üçün nə edirsiz?
- Lerikin bir kəndində Sənədi olmayan uşaqlarla bağlı monitorinq aparırdıq, uşaqların 90 faizinin sənədi yox idi. Əslində, sənədə görə uşağın təhsildən yayınmaması yaxşı xüsusiyyətdi. Bu cür hadisələrlə rastlaşanda həmin uşaqları sənədlə təmin edirik, amma bu, 2-3 ay vaxt aparır. Bu müddət ərzində isə həmin uşaqlar müvəqqəti olaraq məktəbə götürülür.

- Uşaq əməyi istismarının qarşısını almaq üçün komitənizin yeni planları varmı?
- Hazırda “valideyn məsuliyyəti ilə bağlı qanunvericilik”də dəyişiklik işi aparılır. Yeni layihədə uşağı ilə maraqlanmayan hər bir valideyn məsuliyyətə cəlb olunacaq. Uşağı ilə maraqlanmayan hər bir valideynə cərimə tətbiq oluna və valideynlik hüquqları məhdudlaşdırıla bilər.
Uşaq əməyinin istismarına qarşı sərt tədbir layihəsi hazırlayırıq. İnzibati Xətalar Məcəlləsinə o cərmənin artırılması ilə bağlı təklif olunacaq. Küçə uşaqları ilə bağlı layihə hazırlayırıq. Onu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə hazırlamaq fikrindəyik. Əmək müfəttişi manitorinq işini aparacaq, biz isə uşaqların maarifləndirməsi işini həyata keçirəcəyik. Yəni, valideynlərin maarifləndirilməsi, uşağı işə götürənlərin maarifləndirilməsi və onlara qəti cəza tədbiri verilməsi, polislə qarşılıqlı tədbirlər planı həyata keçiriləcək. Ərazidə işləyən azyaşlı uşaq varsa, onlar araşdırılacaq. Ya valideynləri, ya da onları işlədən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Bu il ərzində bu layihə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi orqanları və digər aidiyyatı orqanlarla razılaşdırılacaq. Təkliflər edilib sənədləşmə və icrası qalıb. Erkən nigahla bağlı qanunvericilikdə cərimə yox idi. Erkən nigahların əsl səbəbini komitəmiz müəyyənləşdirdi və aydın oldu ki, bu işdə valideynlər günahkardır. Bu haqda Cinayət Məcəlləsinə maddə təklif etdik. Milli Məclisdə baxdılar və qəbul etdilər. Artıq bu valideynlərə 2 ildən 4 ilə qədər cəza və maliyyə sanksiyası çıxarılır.

- Daha çox hansı uşaqların əməyi istismar olunur?
- Əsasən, yetkinlik yaşına çatmayan 15-17 yaş arası uşaqların əməyi istismar olunur. Risk qrupuna daxil olan uşaqlar, valideyn nəzarətindən kənarda qalmış, tək valideyni, yaxud heç bir valideyni olmayan uşsaqlardı. Belə hallar yarandıqda həmin azyaşlılar kənar qüvvələrin əlinə keçir. Beləliklə, də həmin uşaqların istismar olunma halları artır. Bu uşaqları aşkarladıqdan sonra onları təhsil aldıqları məktəbə cəlb edirik. Hər rayonda “yetkinlik yaşına çatmayan uşaqların komissiya”sı var. Bu komissiya təhsildən yayınaraq işləyən uşaqlarla məşğul olur. Uşaqların valideyni çağrılır və ona qnunvericilik izah olunur. Valideynsiz uşaqları isə hüquq mühafizə orqanaları ilə birgə internatlara veririk.

- Dünya Əmək Bürosu Azərbaycandakı bu işləri necə qiymətləndirir?

- Bu işlə əsasən Amerika Dövlət Departamentinin Əmək bürosu məşğul olur. Bütün dünya ölkələrində uşaqların vəziyyəti ilə bağlı tədqiqatlar aparılır. Təəsüf ki, bəzi QHT-lər onlara yanlış məlumat verdikləri üçün onların sonuncu hesabatında Azərbaycanda uşaq əməyindən pambıqçılıq və tütünçülükdə istismar olunması yazılıb. Bununla bağlı biz Statistika Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə danışıqlar aparmışıq. Azərbaycanda pambıqçılıq və tütünçülükdə uşaq əməyi istismarı yoxdur.
“Uşaqların Ailələrə Verilməsi” Dövlət Proqramına uyğun valideyni olan uşaqların internat evlərinə verilməsi işi daynadırılıb. Belə uşaqların ailədə qalmasına çalışırıq. Valideyni olmyan, dilənçiliyə cəlb olunan küçə həyatı keçirən uşaqların isə internatda qalmasını təmin edirik. Bizim qarşımızda duran problem ölkədə realibitasiya mərkəzinin olmamasıdı. Baxımsız küçə uşaqlarının aşkarlanması, ailələrə cəlb olunması, uzun və ağrılı prosesdi.n onların sonuncu hesabatında Azərbaycanda uşaq əməyindən pambıq


Aysel Kərimova






12 İyun, 2013  15:37 Baxılıb: 2745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner