.
Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Mollakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ev yanıb. Birmərtəbəli 6 otaqlı taxta konstruksiyadan ibarət evlə bərabər, evin əşyaları da yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aysel Kərimova