Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident İlham Əliyevin Facebook səhifəsində suallar cavablandırıldı

"Mobil operatorların tarif siyasətində dəyişiklərin edilməsi və qiymətlərin aşağı salınması aidiyyəti qurumların diqqət mərkəzindədir"

Prezident İlham Əliyevin Facebook səhifəsində istifadəsilərin sualları cavablandırılıb. Simsar.az-ın məlumatına görə, mövzuya uyğun olaraq, suallara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsul əməkdaşları tərəfindən cavab verilib. Dövlət başçısına verilən suallar arasında mobil danışıq tariflərinin yüksək olması ilə bağlıdır. Belə sualların cavabında bildirilib ki, internet və mobil rabitə qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında nəzərdə tutulmayıb və bilavasitə xidmət göstərənlər tərəfindən müəyyənləşdirilir: “Mobil operatorların tarif siyasətində dəyişiklərin edilməsi və qiymətlərin aşağı salınması aidiyyəti qurumların diqqət mərkəzindədir və bu davamlı olaraq təmin edilir. Son vaxtlar mobil operatorların rouminq tarifləri orta hesabla 30% aşağı endirilib və bu proses davam etməkdədir. Hazırda respublikamızda fəaliyyət göstərən mobil operatorlar tərəfindən müxtəlif tarif paketləri tətbiq olunur. Bununla yanaşı, əgər istifadə etdiyiniz tarif paketi Sizi qane etmirsə, Sizin digər tarif paketlərindən və yaxud digər operatorların xidmətlərindən və onların müxtəlif tarif paketlərindən istifadə etmək hüququnuz var”.

 

Səhfidə elan edilib ki, yaxın günlərdə yeni mövzu təyin ediləcək və sualların qəbulu elan olunacaq.

 

Qeyd edək ki, sualların cavabları ilə Azərbaycan prezidentinin Facebook səhifəsində (https://www.facebook.com/PresidentIlhamAliyev?fref=ts) tanış olmaq mümkündür.






12 İyun, 2013  02:33 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner