Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ötən ay 40 yaşayış məntəqəsi qazlaşdırılıb

May ayında 9069 nəfər yeni əhali abonenti təbii qazla təmin olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

 ARDNŞ-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkə üzrə 96 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə may ayında 40 yaşayış məntəqəsi qazlaşdırılıb ki, bu da Ağsu, Şamaxı, Lənkəran, Lerik, Masallı, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Saatlı, Hacıqabul, Quba, Xaçmaz, Şabran, Balakən, Zaqatala, Ağstafa, Biləsuvar və Salyan rayonlarını əhatə edib.

Yanvar-may aylarında əhali kateqoriyasına aid 64185 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 50261-i regionların, 13924-ü isə Bakı şəhərinin payına düşüb. Qeyd edək ki, may ayında 9069 nəfər yeni əhali abonenti təbii qazla təmin olunub.

Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 266484 sayğac quraşdırılmış və ya əvəz olunub ki, bunun da 182767-si “smart-kart” tipli sayğacdır. Həmçinin bu dövrdə 4430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 924,9 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb






11 İyun, 2013  23:44 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner