Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Əməkdaşılığımızın 20 ili ərzində böyük inkişaf keçmişik”

.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu gün jurnalistlərə açıqlamasında Azərbaycan və Belarusiya əlaqələrinin davamlı olacağını bildirib. Simsar.az–ın məlumatına görə sədr əsl əməkdaşlığın Azərbaycan və Belarusiya müstəqillik əldə etdikdən sonra təmin olunduğunu deyib. “Bu əməkdaşlığın 20 ili ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişaf yolunun ana xəttini iki ölkənin siyasi-iqtisadi gücünü möhkəmləndirmək, sosial-ictimai həyatın bir çox sahələrində əməkdaşlıqlarını genişləndirmək təşkil edir. Azərbaycan və Belarusiya prezidentləri iki ölkə arasındakı əməkdaşlığı strateji əməkdaşlıq kimi qiymətləndirir, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir mövqedən çıxış edirlər. Əməkdaşlıq müxtəlif istiqamətlərdə aparılır. Belarusiyanın iş adamlarının iştirakı ilə Gəncədə traktor zavodu fəaliyyət göstərir.”

Sədr daha sonra əlavə edib ki, Azərbaycan və Belarusiya arasında elmi-texniki sahədə əməkdaşlıq çox yaxşıdır. “İnformasiya texnologiyaları sahəsində Belarusiyanın böyük təcrübəsi var. Əməkdaşlığımızın ana xəttini ölkələrimizin iqtisadi qüdrətinin artması, elmin, texnologiyanın tətbiqinin genişləndirilməsi eyni zamanda humanitar sahədə bir sıra əməkdaşlıqların həyata keçirilməsini təşkil edir. Hazırda azərbaycanlı iş adamları Belarusiya ilə böyük proyektlərdə iştirak edirlər. Belarusiyanın iş adamları kənd təsərrüfatı sənayesinin inkişafına, maşınqayırma sənayesinin inkişafına, informasiya texnologiyalarının inkişafına böyük xidmətlər göstərirlər.”

Aysel Kərimova 






11 İyun, 2013  21:14 Baxılıb: 789 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner