Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Buraxılış imtahanında 6714 şagird ana dilindən “iki” aldı

/


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 7-də keçirdiyi buraxılış imtahanlarında iştirak edən 22 881 nəfər 11-ci sinif şagirdinin 6 714 nəfəri, yəni 29,34 faizi ana dilindən, 7 178 nəfəri (31,37 faizi) riyaziyyat fənnindən "iki" qiyməti alıb.
TQDK-dan Simsar.az-a verilən məlumata görə, həmin gün imtahanlar Naxçıvan Muxtar Respublikasının, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C.Naxçıvanski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün keçirilib.
Həmin imtahanlarda 11-ci sinif məzunlarının 43,57 faizi ana dilindən "üç", 19,15 faizi "dörd", 9,93 faizi "beş" qiyməti alıb. 11-ci sinif şagirdlərinin 36,20 faizi riyaziyyatdan "üç", 22 faizi "dörd", 10,42 faizi isə "beş" qiyməti alıb.
Buraxılış imtahanı vermiş 30 208 nəfər 9-cu sinif şagirdinin 46,59 faizi ana dilindən "iki", 36,33 faizi "üç", 11,77 faizi "dörd", 5,31 faizi "beş" qiyməti alıb. 9-cu sinif şagirdlərinin 40,86 faizi riyaziyyatdan "iki", 38,23 faizi "üç", 12,69 faizi "dörd", 8,22 faizi "beş" qiyməti alıb.






11 İyun, 2013  20:09 Baxılıb: 911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner