Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir Bosniya və Herseqovinadan olan qonaqlarla görüşüb

.

Bu gün İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın Baş nazirinin müavini, Xarici İşlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şahin Mustafayev hər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. O, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Zlatko Laqumçiya Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyib.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb. İnfrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan tərəfinin iştirakı məsələsi müzakirə edilib.






11 İyun, 2013  20:03 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner