Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qadının siqaret qutusundan psixotrop maddə çıxdı

.

Biləsuvarda Azərbaycan vətəndaşının üstündə metamfetamin aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Sənəm Mürşüdovanın əl yüklərinə baxış keçirilib.

Baxış zamanı o, çantalardan birini yerdən götürüb yoxlanılması üçün masanın üzərinə qoymaq istəyərkən, əynindəki mantonun sinə hissəsindən 1 ədəd "G1" markalı siqaret qutusu yerə düşüb. Həmin siqaret qutusuna baxış zamanı qutunun içərisindən 2 ədəd bükümdə, ümumi xalis çəkisi 0,708 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edək ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr"in I Siyahısına daxildir.






11 İyun, 2013  19:17 Baxılıb: 785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner