Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Roland Kobia: “Azərbaycandan xoş təəssüratla ayrılıram”

.

Ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri səfir Roland Kobianı qəbul edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Fikrət Məmmədov Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq haqqında danışıb. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işləri, həmçinin, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi barədə məlumat verib. Nazir ədliyyə sahəsində həyata keçirilən tədbirlərə dəstək göstərilməsində və mühüm layihələrin uğurla reallaşmasında səfir Roland Kobianın xidmətlərini qeyd edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda fəaliyyətdən məmnunluq ifadə edən R.Kobia Avropa İttifaqının Azərbaycanla hərtərəfli, xüsusilə ədliyyə sahəsində sıx əməkdaşlıq etdiyini və bu sahənin Aİ-nin əsas prioritetlərindən olduğunu vurğulayıb. Qonaq Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını yüksək dəyərləndirib, birgə həyata keçirilən “Ədliyyə sahəsində islahatlara dəstək” layihəsinin uğurla icra olunacağına əminliyini bildirib, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.






11 İyun, 2013  15:57 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner