Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azərbaycanda erkən nikah ciddi problem olaraq qalmaqdadır”

.

“Azərbaycanda erkən nikah problemi hələ də ciddi problem olaraq qalmaqdadır, həllini tapmır”. Simsar.az xəbər verir ki, bunu Milli Məclisdə AŞ PA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.

O qeyd edib ki, artıq bu məsələdə region mövzusu yoxdur: “Statistik olaraq araşdırmışıq ki, bu problem hansısa regionda yox, ölkə üzrə müxtəlif regionları əhatə edir. Təbii ki, burada yenə valideyn məsuliyyəti məsələsi önə çıxır”.

A.Sofiyeva digər problem olaraq küçə uşaqları məsələsini də qaldırıb. Onun sözlərinə görə, bu sahədə Komitə tərəfindən müvafiq addımlar atılır, monitorinqlər həyata keçirilir. Sədr müavini eyni zamanda bildirib ki, uşaqların zorla əməyə cəlb edilməsi, uşaq əməyinin istismarı, o cümlədən övladlığa verilən uşaqlarla bağlı monitorinqlər də davam etdirilir: “Yaxın zamanlarda bütün bu monitorinqlər başa çatdırılacaq, nəticələrə uyğun olaraq müvafiq tədbirlərə başlanılacaq” (APA).






11 İyun, 2013  15:31 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner