Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir Azərbaycandan üzr istədi

Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq “Pravo” nəşrinə verdiyi müsahibəsində Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərinə görə Azərbaycandan rəsmi şəkildə üzr istəyib.

Simsar.az xəbər verir ki, nazir Novinky.cz saytına verdiyi müsahibədə, etiraf edib ki, düzgün məlumatlandırılmadığı üçün bu faciəni “şüurlu surətdə planlaşdırılmış qətl” adlandırıb. Azərbaycanlı həmkarı ilə Vaşinqtondakı görüşündən danışan K.Şvartsenberq deyib: “Onunla çoxdan tanışıq. Dediklərimlə bağlı ondan üzr istəmişəm. Bildirdim ki, əlimdə yanlış sənədlər olduğu üçün Yerevanda jurnalistin Xocalı şəhərində qətlə yetirilmiş sakinlərlə bağlı sualına cavabımda demişəm ki, Çexiya şübhəsiz insan hüquqlarının hər cür pozulmasına qarşıdır, amma müharibələr zamanı bu kimi hadisələr baş verir. Müharibə olan dövrdə, Dağlıq Qarabağda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını təmsil edirdim. Yerevan-Bakı-Stepanakert (Xankəndi) arasında uçurdum, bu, dəhşətli idi. Buna görə də məlumatlarda gördüyümə əsasən, orada 60 insanın qətlə yetirildiyini bildirmişəm, amma əslində 600 idi, bu isə ayrı bir şeydir. Birinci və ikinci dünya müharibələri ilə müqayisədə həlak olmuş əsgərlərin sayı xeyli az olub və bu dinc sakinlərin zərərinə çevrilib, xüsusilə söhbət vətəndaş müharibəsindən gedirsə. Düşünürdüm ki, hər hansı bir atəşə tutma zamanı altmış insan həlak olub, müharibələr zamanı bu baş verir. Amma onların sayının 600 olduğunu biləndə, tamamilə ayrıdır ki, bu, düşünülmüş qətl idi. Buna görə ondan üzr istəmişəm və o başa düşdü. Hər kəs hərdən yanlış rəqəm əldə edir. Bu, mənim səhvim idi, boynuma alıram”.

Şvartsenberq bildirib ki, Azərbaycanın xarici işlər naziri onun üzrxahlığını qəbul edib.

Simsar.az






11 İyun, 2013  13:49 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner