Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Belarusun xarici işlər nazirini qəbul edib

Nazir paytaxtımızda çox böyük inkişafın şahidi olduğunu deyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi də qəbul edib.

Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ölkəmizə səfəri zamanı paytaxtımızda çox böyük inkişafın şahidi olduğunu deyib. Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını bildirib.

Bakıya səfərinin ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun məktubuna görə minnətdarlığını bildirib, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş edib.






10 İyun, 2013  23:57 Baxılıb: 785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner