Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsraildən aldığımız pilotsuz təyyarələr nümayiş olunacaq

.


İyunun 26-da Bakıda keçiriləcək hərbi parada Azərbaycan Silahlı Qüvvələrinin son illərdə silahlanmaya qəbul etdiyi müasir pilotsuz uçuş aparatlarının (PUA) bir qisminin nümayişi planlaşdırılır.
Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.

Yerli müəssisələrdə istehsal olunmuş "Aerostar" tipli taktik, "Orbiter-2M" tipli mini PUA-larla yanaşı, İsraildən alınmış "Heron" və "Hermes" tipli PUA-lar da keçid edəcək.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alan PUA-lar ilk dəfə 2008-ci ildə keçirilən hərbi parada ictimaiyyətə nümayiş etdirilib.

2011-ci ildə Bakıda İsrailin "Aeronautics Defence" şirkəti ilə birgə "Aerostar" və "Orbiter-2M" tipli PUA-ların istehsalına başlanıb. Azərbaycan 2011-2012-ci illərdə İsraildən "Heron", "Hermes-450" və "Hermes-900" tipli PUA-lar satın alıb. Paradda bu PUA-ların nümayişi nəzərdə tutulur.






10 İyun, 2013  20:43 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner