Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İtalyansayağı xoşbəxtlik” təqdim olundu

ş

Bu gün Gənc Tamaşaçılar Teatrında “İtalyansayağı xoşbəxtlik” tamaşasının premyerası nümayiş etdirilib. Görkəmli İtalyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin əsasında hazırlanmış iki hissəli farsın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşanın pıastik həlli və rəqslərin quruluşçusu Əməkdar Artist Boris Lukinski, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu İsa Əsədovdur.

36 aydır evində xadiməlik etdiyi sahibi – Markiz Treratedən bir qara qəpik almayan Markofla bir anda uduşlu lotoreyadan zənginləşir. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlayır...

Tamaşanın ikinci hissəsində nümayiş etdirilən “Don Raffael Tranbomçu” mahiyyət və süjet xətti etibarilə “Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael, elə bir anın içində də müflisləşir...

Maraqlı səhnə tərtibatı, uğurlu aktyor seçimi, qəhrəmanların hiss və həyacanlarını olduğu kimi çatdırmaq bacarığı, uyğun seçilən musiqi və geyimlər tamaşanın uğurundan xəbər verir.

Tamaşada rolları Əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa ediblər.

Aysel Kərimova






10 İyun, 2013  20:32 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner