Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlərin görüşü olub

.

Azərbaycanda səfərdə olan Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiya Nazirliyində görüş keçirib.

Simsar.az-ın məlumatına görə görüşdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə iqtisadiyyatının inkişaf etdiyini, o cümlədən İKT sahəsində əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib

Nazir bildirib ki, Azərbaycan İKT sahəsində əldə etdiyi təcrübə ilə Əfqanıstanla bölüşməyə hazırdır: «Azərbaycan və Əfqanıstan arasında münasibətlər yaxşıdır və biz İKT sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətindəyik. Əfqanıstan Azərbaycanın tətbiq etdiyi «Elektron hökumət» layihəsindən, o cümlədən «Azerspace-1» sputnikindən yararlana bilər».

Ə.Abbasovun sözlərinə görə, hazırda ölkədə İKT-nin digər sahələrində tətbiqi istiqamətində irimiqyaslı işlər həyata keçirilir.

Öz növbəsində Ə.Sangin bildirib ki, hazırda Əfqanıstanda stabillik artır, ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən İKT sektorunda yeni layihələr həyata keçirilir: «Biz İKT sahəsində bir sıra nailiyyətlər əldə etmişik. Lakin buna baxmayaraq sahədə xeyli boşluqlar mövcuddur ki, bunu aradan qaldırmalıyıq. Eyni zamanda biz ölkədə «Elektron hökumət» layihəsini geniş tətbiq etmək niyyətindəyik».

Hazırda Əfqanıstanda təhsil, səhiyyə və İKT kimi sahələrinin inkişaf etdiyini söyləyən Ə.Sangin əlavə edib ki, təxminən 10 il əvvəl bu sahələrdə durğunluq müşahidə olunurdu: «Məsələn, 10 il öncə Əfqanıstanın müxtəlif şəhərlərində yalnız 15 min stasionar telefon xətti vardı və bunlar da bir-biri ilə bağlanmamışdı, yəni şəhərlərarası telefon bağlantısı mövcud deyildi. Hazırda isə artıq Əfqanıstan əhalisinin təxminən 70%-i stasionar telefona malikdir və artıq şəhərlərarası bağlantı var».

Əfqanıstanlı nazir həmçinin qeyd edib ki, hazırda ölkədə uşaqlar nəzərə alınmasa bütün əhali mobil telefona sahibdir: «Ölkədə 5 mobil rabitə operatoru fəaliyyət göstərir və bunlardan üçü 3G xidmətləri göstərir. Yaxın 1,5 ilə 3G şəbəkəsi əhalinin 80%-ni əhatə edəcəyini gözləyirik. Bununla yanaşı, hazırda ölkə ərazisində fiber-optik xətlərin çəkilişi həyata keçirilir».






10 İyun, 2013  19:19 Baxılıb: 759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner