Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hansı çimərliklər təhlükə saçır?

.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, mövsümün təhlükəli və təhlükəsiz çimərlikləri müəyyən olunub. Nazirlik tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Həmin ərazilərdə aparılan monitorinqin nəticələri mikrobioloji baxımdan çirklənmənin qarşısının alındığını göstərir. Belə ki, dənizdə son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatmışdır. Qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Sumqayıt şəhəri, Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığından sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.

Qeyd edək ki, bu faktı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələri də təsdiq edib.

Ülviyyə Cövdətqızı






10 İyun, 2013  18:03 Baxılıb: 2150 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner