Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

MƏLEYKƏ ƏSƏDOVANI PİRƏ BURAXMADILAR - EKSKLÜZİV

Aktrisa təkəbbürlə xalqın necə artisti olduğunu göstərib

Bəzi sənətçilər dövlətin onlara layiq bildiyi fəxri adlardan sui-istifadə edirlər. Xalq artisti adını daşıyan Məleykə Əsədova da ona etimad göstərilmiş addan bu günlərdə bu şəkildə istifadə etməyə cəhd edib. Nardaranda yerləşən Xanım Rəhimənin pirini ziyarətə gedən aktrisa məkana ayaqqabı ilə daxil olmaq istəyib. Pirin işçiləri bunu görcək xalq artistindən ayaqqabılarını soyunmağı xahiş ediblər. Məlum məsələdir ki, yaşından-başından, titulundan, dərəcəsindən asılı olmayaraq hər kəs hörmət əlaməti olaraq bu cür yerlərə daxil olarkən ayaqqabılarını soyunur. Lakin Əsədova ayaqqabılarını soyunmaqdan nəinki imtina edib, hətta buna səbəb olaraq ona yaraşmayan absurd fikir söyləyib. Pirin işçilərinə “mən xalq artistiyəm, mənə ayaqqabı ilə girmək olar” deyərək, ziyarətgaha soxulmaq istəyib. Fəqət pirin işçiləri ona icazə verməyərək həddini bildiriblər. Bundan qeyzlənən xalq artisti “mən bir də bu pirə gəlməyəcəm”-deyərək, əsəblə oranı tərk edib.
Sadəcə maraqlıdır, əgər bir xalq artisti ona verilmiş fəxri addan istifadə edərək hətta dinimizin qaydalarına belə əməl etməkdən imtina edirsə, onda o, hansı xalqın artistidir? Bu, nə ifşa, nə də mühakimədir. Sadəcə ağlı başında olan hər kəsin bilməsi vacib olan məqamdır. Yazıqlar olsun belə xalq artistlərinə!

Azər






10 İyun, 2013  15:22 Baxılıb: 1341 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner