Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Misirdə Nizami Gəncəviyə büst qoyulacaq

/

Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi Misir Ərəb Respublikasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəliyi açılacaq.
Bu barədə mətbuata Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, böyük tarixə, adət-ənənəyə və mədəniyyətə malik olan, Azərbaycanın dahi şairi Nizaminin adını daşıyan Beynəlxalq Mərkəzin Misirdəki xüsusi nümayəndəliyi İsgəndəriyyə Kitabxanasının nəzdində fəaliyyət göstərəcək. Nümayəndəliyin əsas məqsədi Misirdə, eləcə də digər ərəb ölkələrində və Afrika regionunda Mərkəzin fəaliyyətini koordinasiya etmək və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Simsar.az xəbər verir ki, nümayəndəlik bilavasitə İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin kuratorluğu ilə fəaliyyət göstərəcək.

Bununla yanaşı, Nizami Gəncəvinin adının İsgəndəriyyə Kitabxanasında və İsgəndəriyyə şəhərində əbədiləşdirilməsi üçün İsmayıl Seragəldinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Nizaminin büstü açılacaq və böyük şairə həsr olunmuş xüsusi guşə yaradılacaq.

Qeyd edək ki, bütün bunlar, eləcə də digər məsələlər İ.Seragəldinin iyul ayında Azərbaycana planlaşdırılan işçi səfəri çərçivəsində ətraflı müzakirə olunacaq.






10 İyun, 2013  14:38 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner