Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kiçik Asiyanın böyük hökmdarı

Makedoniyalı İskəndərin ölüm günüdür

İskəndər e.ə. 356-cı ildə Qədim Makedoniyanın paytaxtı olan Pella şəhərində dünyaya gəlib. Onun doğulduğu gün Herostrat qədim dünyanın yeddi möcüzəsindən biri hesab olunan Efesdəki Artemida məbədini yandırıb.

Tarixçilər hesab edirlər ki, hekatombeon ayının 1-ci günü Qriqorian təqvimində 15 iyula təsadüf edir. Bu səbəbdən İskəndərin doğum tarixi kimi iyulun 20-si qəbul edilir. İskəndərin valideynləri Makedoniya çarı II Filipp və Epir çarının qızı Olimpiadadır. İskəndərin özü tərəfindən ortaya atılan əfsanəvi versiyaya görə isə onun əsl atası Misir fironu II Nektaneb olub. Doğulmasından sonra əyanlar Filippin onu öz atasının şərəfinə Aminta adlandıracağını gözləsələr də, Filipp öz oğlunu "yunanların dostu" adı ilə tanınan Makedoniya çarı I İskəndərin şərəfinə adlandırdı.

E.ə.336-cı ildə atası Filipp öldürüldükdən sonra hakimiyyətə keçən İskəndər Yunanıstan, Frakiya və İlliriyada Makedoniya hakimiyyətinə qarşı baş vermiş üsyanları yatırıb, Makedoniyada hakimiyyət uğrunda mübarizəyə son qoydu. O, e.ə.334-cü ildə Kiçik Asiyaya, Əhəmənilərin hakimiyyəti altında olan ərazilərə hücum etdi. Qoşunu sayca az olsa da Qranik çayı yaxınlığında Əhəməni ordusunu ağır məğlubiyyətə uğratdı (e.ə.334, may).

E.ə.333-cü ildə artıq bütün Kiçik Asiya Makedoniyalı İskəndərə tabe idi. Həmin ilin noyabrında İss yaxınlığındakı növbəti döyüşdə sayca makedoniyalılardan üç dəfə çox olan III Daranın ordusu məğlubiyyətə uğradıldı. Bu qələbədən sonra Aralıq dənizi sahilindəki şəhərlər Makedoniyalı İskəndərin hakimiyyətini tanıdı. E.ə.332-ci ildə və e.ə.331-ci ilin qışında Makedoniyalı İsgəndər Misiri döyüşsüz ələ keçirdi, İskəndəriyyə şəhərinin əsasını qoydu.

E.ə.331-ci ilin yazında İskəndərin işğalçılıq yürüşünün ikinci mərhələsi başladı. Qavqamel döyüşü III Daranın böyük ordusunun məğlubiyyəti ilə nəticələndi. İsgəndərin ordusu cənuba hərəkət etdi. Babil, Suz və s. şəhərləri tutdu, Əhəmənilər dövlətinin paytaxtı Persepol müqavimətsiz təslim oldu.

Baktriya canişini Bess III Daranı öldürüb özünü Əhəməni padşahı elan etdi. Lakin tezliklə İskəndər Bessi tutaraq edam etdi. O, Orta Asiyaya (e.ə.329) və Hindistana (e.ə.327) hərbi yürüşlər təşkil etdi və qələbə qazandı. E.ə.326-cı ildə İskəndərin on ilə yaxın davam edən Şərq yürüşü başa çatdı. İskəndərin yürüşləri nəticəsində sərhədləri qərbdə Balkan yarımadasına, şərqdə Hindistana, cənubda Misir və Afrikanın bir hissəsinə, şimalda Qara dənizə qədər uzanan böyük bir dövlət yarandı. Lakin onun yaratdığı yeni dövlət Əhəmənilər dövlətinə nisbətən mütərəqqi idi. İskəndərin ölümündən sonra onun yaratdığı dövlətin ərazisində bir sıra ellin dövlətləri yarandı. İskəndərin hərbi yürüşləri Qədim Yunanıstan hərb sənətinin yüksək mərhələsi oldu. İskəndər falanqanın həmlə qüvvəsini artıraraq sıxlığını çoxaltmış, süvari qoşununu ordunun qəti zərbə və manevr qüvvəsinə çevirmiş, yeni tipli süvarilərdən (süvari və piyada döyüşməyi bacaran) istifadə edib və mühüm yeniliklər həyata keçirib. Makedoniyalı İskəndər e.ə. 323-cü ilin 10 iyununda Babil şəhərində vəfat edib.






10 İyun, 2013  14:13 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner