Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

TARİF ŞURASININ KATİBİ SONUNCU QİYMƏT ARTIMINI NECƏ ƏSASLANDIRIR?

"Hazırda şurada müzakirə ediləsi və əsaslandırılmış başqa bir müraciət yoxdur"

Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov qurumun yanvarın 31-də verdiyi qərarı “Media forum” saytına şərh edib.

O bildirib ki, buna qədər dəmir yolunda sonuncu qiymət tənzimlənməsi 1997-ci ildə aparılmışdı: “Universal poçt xidmətlərində isə qiymət tənzimlənməsi 2002-ci ildə aparılıb. 2002-ci ildən bəri əmək haqqında, elektrik enerjisində, digər uyğun xərclərin hamısında dəyişiklik olub. Amma bu dəyişiklik poçt xidmətində əksini tapmamışdı. Su ilə bağlı axırıncı tənzimlənmə isə 2007-ci ilin əvvəllərində olmuşdu. Bu gün “Azərsu”da çalışanların maaşı orta aylıq əmək haqqından aşağıdır. Onların əmək haqlarında dəyişiklik olması üçün su pulu artmalı idi”. 

Şura katibi vurğulayıb ki, hər hansı sahə, yaxud xidmət özündə dəyişiklik etmək üçün gəliri olmalıdır: “Dəyişikliyi həyata keçirmək üçün xərc çəkmək lazımdır. O xərc isə gəlirə bağlıdır. Gəlir olmayan yerdə, təbii ki, dəyişiklik etmək olmur, problemlər bir az da artır. Tarif Şurasının qərarı ilə reallaşan yeni qiymətlər müəyyən gəlir imkanı yaradacaq və bu gəlirlər həm işçilərin əmək haqlarının artırılmasına, onların sosial şəraitinin yaxşılaşdırılmasına, həm də göstərilən xidmətin yaxşılaşdırılmasına yardım edəcək. Misal üçün, bilet satışının avtomatlaşdırılması, biletlərin elektron variantda alınması üzərində iş aparılır. Tarif Şurasının bununla bağlı təşkilat və qurumlara tövsiyəsi olub”.

E.Əsədov qeyd edib ki, 2001-ci ildə ölkə üzrə orta su sayğaclarının göstəricisi istifadəçilərin 21 faizini əhatə edirdi: “Əvvəllər suyun qiymətinin artmasıyla bağlı müraciətlər olanda əsas şərtimiz belə olurdu ki, sayğacların sayı artsın, istehlakın nə qədər olduğu bilinsin və ona uyğun tarif müəyyənləşsin. Hazırda Bakı şəhəri üzrə su sayğaclarının quraşdırılması 94 faiz təşkil edir. Bakı üzrə yığım 70 faiz ətrafındadır. Bu, böyük göstəricidir. Həm sayğaclaşmanın başa çatdırılması, həm də istehlakçıların keyfiyyətli su almasıyla bağlı tövsiyələrimiz olub. Eyni zamanda, bütün işlər istehlakçının aldığı xidmətin keyfiyyətinin artırılmasına, yəni şəffaflığa zəmin yaratmalıdır”.

Şura katibi dəmiryol xidmətlərində baş verən artımın nəqliyyatın digər sahələrinə sirayət etməyəcəyini söyləyib: “Hazırda dəmir yolunda qalxan qiymətlər başqa sahələrə uyğunlaşdırılır”.


Tarif Şurasının daxil olan müraciətlərlə bağlı həmişə uzun müzakirələrdən sonra qərar çıxardığını vurğulayan E.Əsədov bildirib ki, hazırda şurada müzakirə ediləsi və əsaslandırılmış başqa bir müraciət yoxdur.






1 Fevral, 2011  20:36 Baxılıb: 2156 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner