Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Özbəkistanda Azərbaycan haqqında müsabiqə keçiriləcək

Müsabiqə 3 nominasiya - "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" mövzuları üzrə elan edilib

Özbəkistan mətbuatında Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsi elan edilib. Simsar.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevadan verilən məlumata görə, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yeni bir layihəyə start verilib. Özbəkistan mətbuatında dərc olunmuş Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsi elan edilib. Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi, habelə Azərbaycan Demokratik Respublikasının 95 illik yubileylərini nəzərə alaraq müsabiqə 3 nominasiya - "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" mövzuları üzrə elan edilib. Bu mövzuları geniş, sanballı, obyektiv işıqlandıran jurnalistlər müsabiqə qalibləri elan olunacaqlar. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müsabiqənin keçirilməsində əsas məqsədin Azərbaycan mövzusunu qardaş Özbəkistan mətbuatında daha çox işıqlandırılması və təbliği olduğunu bildirib. Təşkilatçılar Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Jurnalistlər İttifaqıdır. Müsabiqə Özbəkistanda jurnalistlər arasında aparılacaqdır və cari ilin noyabr ayında müsabiqəyə yekun vurulacaq. Müsabiqənin nəticələrini qiymətləndirmək üçün yaradılmış xüsusi işçi qrupuna Özbəkistanın tanınmış jurnalist və redaktorları daxil edilib. Qalib jurnalistlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları ilə təltif ediləcəklər. Müsabiqədə hər nominasiya üzrə 3 yer müəyyən olunub. Bundan başqa, Azərbaycan mövzusunu qardaş Özbəkistanda ən çox işıqlandıran mətbu orqan (qəzet, jurnal, eloktron informasiya vasitəsi) da münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq. Müsabiqənin şərtləri ilə bağlı məlumat hazırlanmış və yaxın günlərdə Özbəkistan mətbuatında dərc olunacaq.
Aynur Bayramova






5 İyun, 2013  14:27 Baxılıb: 1770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner