Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

83 ölkədə 217 şəhərdə qeyd edilən – Türkçülük Günü

.

Vətən nə Türkiyədir türklərə, nə də Türküstan 
Vətən böyük və ömürlük bir ölkədir: Turan

Ziya Gökalp

Türkçülük günü adını alan 3 may tarixi 1944-cü ildən etibarən qeyd edilir. Bu gün pantürkist, tarixçi, ideoloq Hüseyin Nihal Atsızın məhkəmə qarşısında mühakimə olunmasından sonra “Ankara nümayişi”nin anımı kimi qeyd olunmağa başlayıb. Ilk dəfə 1945 ci ilin 3 mayında Topxana həbsxanasında Nihal Atsız, Zəki Vəlidi Toqan , Nejdet Sançar ve Rəha Oğuz Türkkan və digər 10 məhkum tərəfindən keçirilməsinə başlanan Türkçülük günü bü gün də özünü bütövlüklə türk hesab edən insanlar tərəfindən qeyd olunur.

Türkçülük ideyası elə bir dövrdə meydana gəlmişdi ki, həmin dövrdə türkçü ideoloqlar, özünü türkçü adlandıran hakimiyyət nümayəndələri İsmət İnönü, Şükrü Saracoğlu və s.ləri tərəfindən təqib olunurdu. O dövrün tabutluq adlanan cəza üsulu türkçü ideoloqlara da tətbiq olunmuşdu. Tabutluq, insanın diri olduğu halda qəbir əzabını görməyinə bərabər idi. 50 sm uzunluğunda, 40 sm enində, 2.5 m hündürlüyündə olan beton divar içində açılan oyuğa qoyulan insanları belindən və qolundan falanqalarla bağlayırdılar. Oyuğun yuxarı hissəsinə 3 ədəd 500-lük lampa vurulurdu. “Tabutluq”a qoyulan insanlar orada qaldıqları müddət ərzində yeməkdən içməkdən o cümlədən, bütün təbii ehtiyaclardan məhrum edilirdilər. Burada verilən əzabların dəhşətinə əsaslanaraq Birləşmiş Millətlər Təşkilatı qanunlarında onun səbəbkarlarının bütün dövrlərdə mühakimə edilə bilcəyi maddəsi yer alıb.

3 may tarixini yaradan səbəblər heç də bəsit deyildi. Həmin dövr ordunun, xalqın ehtiyac içində olduğu, çörəyə, qəndə möhtac olmasına baxmayaraq hakim təbəqənin rahatlıq içində yaşadığı dövr idi. Türkçü ideyasının daşıyıcılarını hərəkətə gətirən isə “Şəkər lüks maddədir pulu olmayan yeməsin” deyən Şükrü Saracoğlunun bir müddət sonra “Mən türkçü bir başçıyam... Türkçülük bizim üçün mədəniyyət məsələsi olduğu qədər də qan məsələsidir” deməsi olmuşdu. Çoxlarına bu fikirlər ağır təsir göstərsə də Hüseyin Nihal Atsız bu məsələyə səssiz qalmamış, Şükrü Saracoğluya iki açıq məktub yazmışdı. Məktublarda türkçü ideoloqların fikrincə kommunistlərə heç də əks mövqedə olmayan hakimiyyətin bütün paxırları üzə çıxmışdı. Kommunist jurnallarının dərcinə maraq göstərilməsi onun tədrisi, Nazim Hikmətin həbsdə olmasına baxmayaraq ona maddi yardım göstərilməsi və s məsələlərin yer aldığı məktublar həm xalqda həm də Türkiyə Böyük Millət Məclisində böyük heyrətə səbəb olmuşdu. Bunun ardından vətən xaini Səbahəttin Əli həmin məktubları böhtan hesab edərək Nihal Atsızı məhkəməyə verir. Xəbərsiz şəkildə Ankara məhkəməsinə gedən Nihal Atsızı Ankarada gənclər böyük sevinclə qarşıladılar. Gənclərin izdihamı polislər tərəfindən amansızca dağıdıldı.

İnönü tərəfindən həmin ilin 19 mayında Atsız mühakimə edildi. Hər yerdə milliyətçilər təqib olunmağa başladı. Üç il davam edən əzab əziyyətlərdən sonra həbs olunanlara bəraət verildi.
Türkçülük gününə yanaşma müxtəlifdir. Ziddiyyətli məsələlərdən olan türkçülüyə irqçilik kimi yanaşanlar, qloballaşma dövründə bu ideyalara ehtiyac olmadığını bildirirlər. Bəzən insanlar həmin günün 1 maya qarşılıq olaraq yaradıldığını və sadəcə bölücülüyə xidmət etdiyini düşünürlər.
Bəzi mənbələrin məlumatına görə həmin gün dünyanın 83 ölkəsində 217 şəhərdən qeyd olunur.

Ülviyyə Cövdətqızı






3 May, 2013  15:37 Baxılıb: 2148 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner