Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva: “Daha sərt mexanizmlər tətbiq olunmalıdır”

Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 25-də keçirilmiş plenar iclasında fransalı məruzəçi Jan-Klod Minyonun “Avropa Şurasında islahatlar” adlı hesabatı ətrafında keçirilən müzakirələrdə çıxış edib.

Millət vəkili çıxışında AŞPA-nın qəbul etdiyi qətnamələrə üzv ölkələrin əməl etməməsini xüsusi vurğulayıb: “AŞPA-da qəbul olunan qərar və qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi mexanizmləri axtarıb tapmalı və işə salmalıyıq. Çünki bir çox qərarlar üzv ölkələrin bir çoxunda yerinə yetirilmir. Sadəcə, bir neçə ölkə üzrə monitorinq aparmaq yox, bütün ölkələri monitorinq altında saxlamaq lazımdır. O zaman biz bir çox problemlərin qarşısını vaxtında ala biləcəyik. Ən vacib məsələlərdən biri də odur ki, AŞPA-nın nüfuzunun gözlənilməsi, ona etimad göstərilməsi və hörmət edilməsi üçün qəbul olunan qərarların üzv ölkələr tərəfindən yerinə yetirilməsinə çalışmaq lazımdır. Burada çıxış edən Ermənistan nümayəndəsi, xanım Zöhrabyan ölkəm haqqında yalan və böhtan dolu məlumatlar verdi, guya ki, Konstitusiyamıza etdiyimiz dəyişikliklərin AŞ-nın normalarına uyğun gəlmədiyini, onun prinsiplərinə zidd olduğunu dedi. Əslində isə belə deyil. Bizim Konstitusiyaya etdiyimiz dəyişikliklər insan haqları və demokratiyanın inkişafı baxımından çox vacibdir və biz dövlət olaraq, hər zaman AŞ-ya və onun qərarlarına çox böyük hörmətlə yanaşmışıq. Amma gəlin görək bu hörməti, bu sayğını Avropa Şurasına, onun qərarlarına, təməl prinsiplərinə xanım Zöhrabyanın ölkəsi olan Ermənistan göstərirmi? AŞ-nın təməl prinsiplərindən biri də odur ki, bir üzv ölkə digər üzv ölkənin ərazisini işğal edə bilməz. Amma AŞ-nın üzvü olan Ermənistan təşkilatın digər üzv ölkəsi Azərbaycanın 20 faiz ərazilərini işğal edib və 20 ildir, bu əraziləri işğal altında saxlayır”. 

Q. Paşayeva Ermənistanın AŞ-nın digər ana prinsiplərindən olan insan haqlarına da hörmət etmədiyini diqqətə çatdırıb: “Ermənistan AŞ-nın bu prinsipinə də hörmət etmir, əksinə onu kobud şəkildə tapdalayır. Bir milyondan artıq azərbaycanlı 20 ildən artıqdır, qaçqın və məcburi köçkün həyatı yaşayır. Onların evləri Ermənistanın işğalı altındadır, onlar öz yurd-yuvalarına qayıtmaq hüququndan mərhumdurlar. Ona görə də belə bir ölkənin bu gün burada AŞ-nın prinsipləri haqda danışmağa haqqı belə yoxdur. Bilirsinizmi nəyə görə Ermənistan niyə özünü belə aparır? Çünki AŞPA-nın qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində sərt mexanizmlər yoxdur. 2005-ci ildə Assambleya 1416 saylı qətnamə qəbul edib və bu sənəddə çox aydın şəkildə deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalı, 1 milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasına dönməlidir. Amma Ermənistan bu günə qədər bu qətnamənin bir maddəsini belə yerinə yetirməyib, ümumiyyətlə bu qətnaməni yerinə yetirməkdən imtina edir. Hesab edirəm ki, biz Assambleya olaraq o qətnamənin və digər vacib qətnamələrin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmləri işləyib hazırlamalıyıq”.






26 Yanvar, 2011  21:31 Baxılıb: 3439 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner