Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SUFİZMİ HAMIYA SEVDİRƏN HAQQ AŞİQİ

ş

O, sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə edib. Türk dilli şerii yüksək bədii səviyyəyə qaldırıb, özündən sonra yaranan Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatlarına güclü təsir göstərib. “Əgər bu dünyadakı xoşbəxtlik daimi olsaydı, insan başqa dünyanın həsrətində olmazdı. Acı çəkmək olmasaydı, insan tərk etdiyi evin həsrətini çəkib, onu xatırlayarmı? ” Yunus Əmrə əsərlərində təsəvvüflə bağlı düşüncələrinə geniş yer verib. Yunusa görə möminlər, haqqa sığınanlar, haqq yolunu tutanlar ölməzlər. Onlar bu fani həyatdan əbədi bir həyata köç edərlər. Dünyəvi ruh, Kainat Allahın nuru ilə aydınlanıb, qaranlıqdan işağa çıxır. Gerçək vücud təkdir, və o da haqdır. əks olunması da külli nəfsdir. Bu əks olunan və əks olan yəni, görən və görünən münasibətdən bilgi yaranır ki, buna da İlahi anlayış, şüur deyilir.

Yunus Əmrə 1238-ci ildə Porsuq çayının Sakarya çayına töküldüyü yerdə – Sərfi kəndində doğulub. Mədrəsə təhsili aldığı müddətdə, Tapdıq Əmrə adında şeyxə şəyirdlik edib. Mövlana Cəlaləddin Rumi məclislərinin iştirakçısı olub.
Yunus Əmrənin anadan olduğu illər Anadolunun ən qarışıq vaxtları idi. O dövrdə qurulan bəyliklər bir-birilə müharibə edirdi. Müharibə, aclıq və qıtlığın imtahana çəkdiyi insanlar qorxuyla yaşayırdılar. Yunus Əmrə olanları özünəməxsus, sadə, amma bir o qədər də təsiredici formada belə ifadə edir:

Gitdi bəylər mürvəti
Binmişlər birər atı
Yediyi yoksul eti
İçdiyi kan olursa

Bəylər azdı yolundan
Bilməz yoksul halından
Çıktı rahmet gölündən
Nefs gölünə dalmışlar

Bir insanı buluddan belə mədət ummasına məcbur edən yalnızlıq və çarəsizlik ola bilər. Hisslər bir neçə sadə sözlərlə birbaşa ürəyə xitab edir Yunus Əmrə yaradıcılığında. Başqa şeirində isə Yunus ölümün qaçılmaz olduğunu, hər anında həyatla hesablaşmalı olduğunu ifadə edir. 

Hayrım şerim yazılacak
Ömrüm ipi üzülecek
Suret benden bozulacak
Ah nideyim, ömrüm seni

Miskin Yunus gideceksin
Acep sefer edeceksin
Hasret ile kalacaksın
Ah nideyim, ömrüm seni


Yunus Əmrə Anadolunun bir çox kəndlərini gəzib, Azərbaycana və Şama da səfər edib. O, Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında dəfn olunub. Hər il may ayında Türkiyənin ən gözəl şəhərlərindən olan Əskişəhərdə Yunus Əmrə günləri keçirilir. Yunus Əmrə xalq ozanı idi. Təkə şeirinin öncülü, Təmiz türk dilinin bayraqdarı, "Vəhdəti-vücud" fəlsəfəsinin qaranlıqlarını dələn bir filosof idi. Bu, varlığın özünü özü vasitəsilə bilməsi anlamına gəlir.
Ona görə də Yunus Əmrə şeirlərinin birində belə deyir:

Tən fanidir can ölməz, gedənlər geri gəlməz
Ölür isə tən ölür, canlar öləsi deyil!..


Allah eşqi ilə ömrünü başa vuranların da nəsibi bir əbədi məkana alnıaçıq, üzüağ getməkdi. Ona görə də mömin özü ilə bu dünyadan o əbədi həyata əməllərini aparacaq və bu dünyada əkdiyi yaxşılıq toxumunun meyvələrini o dünyada dadacaq. Yəni hər bir insan bu dünyadakı xeyir və şər əməllərinin əvəzini layiq olduğu kimi Uca Yaradandan alacaqdır. Yunus Əmrənin özü və yaradıcılığı haqqında bir çox əsərlər yazılıb. Bunlardan "Yunus Əmrə: Həyatı, sənəti və şerləri" (Əbdülbakı Cölpınarlı, 1952-ci il) “Yunus Əmrə və Tasavvuf" (Əbdülbakı Cölpınarlı, 1961-ci il), "Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi" (Nəzihə Araz, 1961- ci il), "Anadolunun iç aydınlığı, Yunus Əmrə" (Köyxan Övliya oğlu, 1963) və s. adını qeyd etmək olar.

Yunus şeirlərində, sevidiyi üçün Məcnun olduğunu söyləyir:

Ben yürürüm yana yana
Aşk boyadı beni kana
Ne âkilem ne divane
Gel gör beni aşk neyledi

Mecnun oluban yürürüm
Ol yâri düşte görürüm
Uyanıp melûl olurum
Gel gör beni aşk neyledi


Yunus Əmrənin Peyğəmbərimizə (s.a.v.) olan sevgisini göstərən şeiri daha çox tanınıb, sevilib və mahnı bəstələnib:

Canım kurban olsun senin yoluna,
Adı güzel, kendi güzel Muhammed,
Şefâat eyle bu kemter kuluna,
Adı güzel, kendi güzel Muhammed

Mümin olanların çoktur cefası,
Ahirette olur zevk-u sefası,
On sekiz bin âlemin Mustafası,
Adı güzel, kendi güzel Muhammed


Yunus Əmrədə haqq sevgisi ustadına olan sevgi ilə qovuşaraq ona əbədi bir səadət bəxş edib. Ona görə də Yunus Əmrə son nəfəsində: “Məni xocamın türbəsinin yolu üzərində dəfn edin” - deyib. Amma sağlığında adı ətrafında o qədər əfsanələr, rəvayətlər əmələ gəlib ki, bu gün də onun Anadolunun bir neçə yerində, o cümlədən Azərbaycanda (Qax rayonunun Onçallı kəndində) qəbirləri mövcuddur. Amma bunlardan hansının haqq aşiqinin məzarı olduğu bu gün də mübahisəlidir. Çünki o dövrdə Yunus Əmrə adında azı iki-üç nəfər tanınmış haqq aşiqi olub. Onların yazdıqları şeirlərin bu iki-üç nəfərdən hansına aid olduğunu ayırmaq asan deyil. Bununla belə, əksər tədqiqatçılar haqq aşiqinin Əskişəhərin Mihaliççik qəzasına bağlı Yunus Əmrə kəndində vəfat etdiyi və orada dəfn edildiyini bildirirlər.

Yunus Əmrənin vəfatından illər sonra, 1948-ci ildə onun qəbrinin yerinin dəyişdirilməsi məsələsi gündəmə gəldi. Belə ki, Ankara-Əskişəhər dəmir yolu genişləndirilərkən Yunus Əmrə həzrətlərinin türbəsinin yerini dəyişdirmək lazım gəldi. Ancaq Haqq aşiqinin qəbri yaxınlığında yerə döşənən dəmir yolu relsləri sıradan tez-tez çıxmağa başladı. Ona görə də dini mərasimlə Yunus Əmrənin türbəsini açdılar və onu əvvəlcədən inşa edilən başqa türbəyə köçürdülər. Şahidlərin sözlərinə görə, Yunus Əmrənin bədəni təzəcə vəfat etmiş insanlarınkı kimi qalmış və bir əzası belə çürüməyibmiş. Bu, Yunus Əmrənin nə qədər böyük bir mərtəbəyə yüksəldiyini göstərir.
Çünki Yunus özü də dediyi kimi:

Yunus öldü deyə səla verirlər
Ölən heyvan imiş, aşiqlər ölməz!


Yunus da ölməmişdi, dünyasını dəyişmiş və son mənzildə bədəni sağlığında olduğu kimi qalmışdı. Sanki o yuxuya gedib, tərpətsən bu dəqiqə silkələnib ayağa qalxacaq. “Qurani Kərim”də deyildiyi kimi, “Həyatını imanına şahid edənlərə (şəhidlərə) ölülər deməyin. Onlar diridirlər, siz anlamazsız.” Yunus da həyatını imanına şahid qılanlardan idi...

Turanə Zeynallı






29 Aprel, 2013  18:42 Baxılıb: 1808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner