Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Polis şöbəsindən qaçan şəxslər tutuldu

Yanvarın 24-də gecə saatlarında Göyçay rayon Polis Şöbəsinin təcridxanasından polis naryadına müqavimət göstərərək qaçan hər iki şəxs tutulub.

Hüquq-mühafizə orqanlarından SİMSAR.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Eminov Elşən Xəlil oğlu rayonun İncə kəndi ərazisində yanvarın 25-də gecə saatlarında ələ keçirilib. 1986-cı il təvəllüdlü Əsgərov Xəyal Şakir oğlu isə bu gün səhər saatlarında yaxalanıb.


Qeyd edək ki, E.Eminov 2010-cu ilin noyabrın 23-də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə, X.Əsgərov isə həmin ilin dekabrın 13-də 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək həbs olunubmuş.


Məlumatda bildirilir ki, hər iki şəxs təcridxanadan qaçdıqdan sonra hələlik müəyyənləşdirilməmiş avtomobillə naməlum istiqamətə gedib.


Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 304-cü (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə əlavə cinayət işi başlanıb.






26 Yanvar, 2011  14:57 Baxılıb: 1938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner