Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyə Beynəlxalq Uşaq gününü qeyd edir – FOTO

.

Beynəlxalq Uşaq günü Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyədə 23 Aprel 1921-ci ildə rəsmi bayram olaraq qəbul edildikdən sonra müxtəlif adlarla da olsa rəsmi mərasimlərlə qeyd olunub. 
23 Aprelin Uşaq Bayramı olaraq qeyd olunması 1927-ci ildə Atatürkün himayəsində başlayıb, Prezident Bandosu uşaqlar üçün konsert verib.

1928-ci ildə daha geniş şəkildə qeyd olunub. Elanlar verilib, xalq dəvət edilib, yarışmalar və gəzintilər təşkil olunub.

1933 23 aprelində Atatürk yeni bir ənənə başlatdı. O səhər uşaqları mövqeyində qəbul etdi və onlarla söhbət etdi.

1970-ci illərdə artıq 23 Aprel Uşaq Bayramı bütün xalqın iştirak etdiyi bayram halını almışdı. 1975dən etibarən TRT də proqramlarıyla dəstək verməyə başladı. 1980-ci ildə “Uşaq Parlamenti” yaradılıb.

23 Apreldə bayram Türkiyə Respublikası dövlət adamlarının Anıtkabir də daxil olmaqla müxtəlif Atatürk abidələrindən etdikləri rəsmi mərasimlərlə başlayır. Stadionlarda ibtidai təhsil şagirdlərinin hazırladığı nümayişlərin sərgilənməsi və rəsmi keçid mərasimiylə davam edir. Rəsmi tədbirlərdən sonra müxtəlif növ yarışmalar təşkil edilir. Müxtəlif qeyri-hökumət təşkilatları və ya təşkilatlar tərəfindən təşkil edilən tədbirlərə yer verilir.

1979-cu ildən qeyd olunmağa başlayan TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi, 23 Apreli bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi məqsəd qoyub. Birinci dəfə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın iştirak etdiyi şənliyə hazırda təxminən 50-dən çox ölkənin uşaqlarının iştirakı ilə keçirilir.

1979-cu ildən 2000-ə qədər Türkiyənin paytaxtı Ankarada təşkil edilib, daha sonra ölkənin başqa şəhərlərində də həyata keçirilib.


İlknur Salamova






23 Aprel, 2013  15:09 Baxılıb: 2813 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner