Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“MENAR AZƏRBAYCAN – ZƏKANIN İNKİŞAFI PROQRAMI”NIN NƏRİMANOV FİLİALI AÇILDI - FOTOLAR

“Menar Azərbaycan – Zəkanın İnkişafı Proqramı” - 4-12 yaş arası uşaqlar üçün hazırlanmış zəkanın inkişafı proqramıdır

Bu gün “Menar Azərbaycan – Zəkanin İnkişafı Proqramı”nın Nərimanov filialının açılışı olub. Açılışda ilk olaraq Nərgiz Paşayeva qonaqları salamlayaraq bu layihədə olduğundan məmnunluğunu bildirib. “Uzun zamandır uşaqlarla birlikdə çalışdığımdan mənim üçün də zövq verici bir işdir. Bu layihə üçün Tünzalə xanima təşəkkürümü bildirirəm və elə sözü də ona vermək istəyirəm”. Əməkdar artist Tünzalə Ağayeva: “Menar zehni hesablama dərslərini alan uşaqlar qələm, kağız, kalkulyator və ya kompüterdən istifadə etmədən yalnız öz zehnlərində bir neçə saniyə içində riyazi hesablamaları apara bilirlər. 4 aya yaxındır Menar Azərbaycan zəkanın inkişafı proqramı artıq Bakıdadır. Valideynlərimiz artıq bu nəticələri görürlər. Qarşıya isə bütün ölkəmizi əhatə etmək məqsədi qoyulub. Zəkalı, dəqiq yaddaşlı, məntiqli uşaqların yetişməsinə bizim də cəmiyyət olaraq ehtiyacımız var” – deyə bildirib.

Müdir, Menar mutəxəsisi Raqib Sarı qeyd edib ki, Azərbaycanda da bu cür məktəblərin açılması təqdirəlayiqdir: “İndiyadək paytaxtda Mərkəzi ofisin, “Sahil” filialının və Sumqayıtda digər bir filialın açılışı olub. Nərimanov filialı sayca 3-cüdür. Ümumilikdə isə 4-cü mərkəzdir. Ümid edirik ki, uşaqlarınız burada çox yaxşı vaxt keçirəcək. Əməkdar artist Tünzalə xanımın belə bir məktəb yaratmaq təşəbbüs ilə çıxış etməsi çox təqdirəlayiqdir”.

Millət vəkili Qənirə Paşayeva nitqində öncəliklə 3 şəxsi təbrik etdiyini bildirib: “Bunların birincisi Tünzalə xanımın həmişə danışdığı Raqib bəydir. Ona çox təşəkkür edirəm ki, bu layihəni Tünzalə xanıma inandırıb sevdirib. İkincisi, əziz bacım Tünzalə xanımın özünə minnətdaram ki, belə bi təşəbbüslə çıxış edir. Bu məni çox sevindirir. Və nəhayət Nərgiz xanımı bu ailəyə qoşulduğuna görə təbrik edirəm. Onun böyük praktikası var və mən ona inanıram”.

Təbrik çıxışı üçün söz Simsar.az portalının və Simsar jurnalının baş redaktoru İradə Nurəddinqızına verildi. İradə xanım proyekti çox maraqla qaşıladığını və belə təşəbbüsə olduqca sevindiyini bildirdi. Eyni zamanda bu layihənin bölgələrə də gedib çıxacağına ümid etdiyini söyləyərək təşkilatçıları təbrik etdi.

Modelyer Gülnarə Xəlilova, müğənni Elza Seyidcahan, teleaparıcı Qənirə Ataşova da açılışda öz təbriklərini çatdırıblar.

Qırmızı lentin kəsilməsindən sonra kursda 4-12 yaşlı uşaqlar üçün hər cür şərait yaradıldığının şahidi olduq. Belə ki, böyük və müasir avadanlıqlarla təmin olunan dərs kabinələri və sinif otaqları balacaların ixtiyarına verilib. Burada uşaqlar müasir tədris proqramı ilə kompüterlərdə azad işləmək bacarığına yiyələnəcəklər.

Açılışdan sonra süfrə arxasına keçən qonaqlar “Menar” məktəbində dərs alan 5 yaşlı Əlişin zəka bacarığını yoxlayıblar. Eyni anda bir neçə işlə məşğul olan, riyazi hesablamaları da dəqiqliklə yerinə yetirən Əliş qonaqları heyrətə salıb. Digər “Menar” üzvünün eyni vaxtda mahnı ifa edərək, riyazi hesablamalar etməsi, monitora baxıb tapşırığa dəqiq cavablar verməsi alqışlarla qarşılandı.

Qeyd edək ki, Mental Hesablama məktəbinin yaradılmasında məqsəd uşaqların sürətli əqli inkişafını təmin edərək, onlara qeyri-adi rəqəmsal bacarıqlar qazandırmaq və riyaziyyat qorxusunu onların həyatından tamamilə silməkdir. Bu sistem uşaqların sağ və sol beyinlərinin eyni anda stimullaşdırılaraq tarazlaşdırılmış inkişafını təmin edir.

Aqşin İbrahimi

 

 

 






18 Yanvar, 2013  19:35 Baxılıb: 13012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner