Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Vəfa Quluzadə: “Münaqişənin həlli Rusiyanın çöküşündən sonra mümkün olacaq”

Politoloq amerikalı həmsədrin dəyişdirilməsini dəyərləndirib

“Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan ATƏT-in Minsk Qrupunun üzvünün dəyişdirilməsinin münaqişənin həllinə heç bir təsiri olmayacaq. Minsk Qrupu bu günə qədər heç bir irəliləyiş əldə etməyib. Səfərlər, bəyanatlar Azərbaycan ictimaiyyətini bezdirib. Onların fəaliyyətinə qiymət vermək belə düzgün deyil”. 

Bunu Simsar.az-a açıqlamasında “Xəzər” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Vəfa Quluzadə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, səfir Robert Bradtkenin Minsk Qrupunun həmsədri kimi öz vəzifəsini başa çatdırmasına münasibət olaraq bildirib.

Dekabrın 21-də qərara alınıb ki, səfir Yan Kelly Minsk Qrupuna ABŞ-dan yeni səfir təyin olunana qədər müvəqqəti bu vəzifəni icra edəcək.

Məlumatda bildirilir ki, ABŞ Dövlət Departamenti səfir Bradtkeyə 3 ildən çox müddət ərzində həmsədr vəzifəsini icra etdiyinə görə minnətdarlığını bildirir, gələcək işində uğurlar arzulayır: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıq yolu ilə həll olunmasında öz dəstəyini göstərməsinə tam sadiq qaldığını bildirir".

Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna üç dövləti: Rusiyanı, Fransanı və ABŞ-ı təmsil edən həmsədrlər daxildir.
ATƏT-in Minsk Qrupu 1992-ci ilin mayında yaradılıb. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyib və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

V.Quluzadə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Minsk Qrupundan asılı deyil: “20 ildə münaqişənin həllilə bağlı heç bir iş görə bilməyən qurum bundan sonra da formal fəaliyyət göstərəcək: “Minsk Qrupunda təmsil olunan Rusiya münaqişəni özü yaradıb. Fransanın da mövqeyi bəllidir. ABŞ isə hələ ki, konkret mövqe ortaya qoymur. Rusiya çökməyincə Minsk Qrupundan nəsə gözləməyin əhəmiyyəti yoxdu”.






25 Dekabr, 2012  13:21 Baxılıb: 817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner