Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Leyla Əliyeva Bakıdakı uşaq evinin və qızlar yataqxanasının sakinləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlara hədiyyələr aparıb

Uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindəndir. Xüsusilə də Fond sağlamlığı məhdud, valideyn qayğısından məhrum olan balacaları daim diqqətdə saxlayır. Fondun təşəbbüsü ilə Bakının Nərimanov rayonunda yaradılan Uşaq Psixonevroloji Mərkəzindəki balacalar da hər cür qayğı ilə əhatə ediliblər.

Yeni il ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzə gələrək uşaqlarla görüşüb. Balacaların şəraiti ilə maraqlanan Leyla xanım Əliyeva Mərkəzdə yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqların Yeni il bayramı üçün hazırladıqları səhnəciklərə tamaşa edib. Bayram əhval-ruhiyyəsində olan balacalar bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim ediblər.

Sonra Leyla Əliyeva Mərkəzdə yaradılmış şəraitlə maraqlandı. Məlumat verilib ki, 100 çarpayılıq Mərkəzdə uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdə psixoloq, okulist, psixonevroloq, kiçik manupulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları var. Burada autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Bunun üçün burada bütün lazımi avadanlıq var. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə tibbi, pedaqoji və texniki heyət məşğul olur.

X X X

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evində də olub. Uşaq evinin sakinlərindən ibarət vokal qrupu və “Azəri” rəqs ansamblı Leyla Əliyevanı maraqlı çıxışları ilə qarşılayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlara hədiyyələr təqdim edib.

Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü ildən bu uşaq evinə hərtərəfli dəstək göstərir. 2005-ci ildə bu uşaq evi Fondun təşəbbüsü ilə yenidən qurulub.

Qonaqlar kiçik yaşda olan uşaqların qrupunda da olublar. Burada 3 yaşdan 18 yaşadək 140 uşaq yaşayır.

Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.

Uşaq evində kompyuter otağı da fəaliyyət göstərir. Rəsm otağı ilə tanışlıq zamanı bildirilib ki, burada təlim-tərbiyə alan balacalar arasında çoxlu istedadlı uşaqlar var. Heydər Əliyev Fondunun dəstəyi ilə balacalar Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, Belarus və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq yarış, festival, müsabiqə və tədbirlərdə iştirak edib, diplomlar və mükafatlar qazanıblar.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Əliyeva uşaq evinin sərgi studiyasında olub. Uşaqların əl işləri ilə tanışlıq zamanı məlumat verilib ki, burada xalçaçılıq, rəssamlıq, informatika, kompyuter və digər dərnəklər fəaliyyət göstərir. Uşaq evinin sakini Əli Cəlilov toxuduğu xalçanı Prezident İlham Əliyevin ad günü münasibətilə Leyla Əliyevaya təqdim edib.

Daha sonra Leyla xanım Əliyeva 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən qızlar yataqxanasında olub. Burada çay süfrəsinə qonaq olan Leyla Əliyeva qızlarla söhbət edərək onlara Yeni ildə uğurlar arzulayıb. Yataqxanada 50 mənzil var və burada 18 yaşı tamam olandan sonra uşaq evindən ayrılan 100 qız yaşayır.






25 Dekabr, 2012  10:03 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner