Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: «Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək»

«Vasitəçilərdən daha çox balanslaşmış ifadələr eşidirik»

«Ölkə qarşısında duran əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir və əfsuslar olsun ki, bu məsələ hələ ki öz həllini tapmır». Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtdakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binasının açılış mərasimində bu fikirləri işlədib.
Prezidentin fikrincə, bu məsələnin həllində vasitəçilər daha da fəal olmalıdırlar.


«İşğalçı dövlətə çox ciddi siqnal verilməlidir ki, işğal edilmiş torpaqlardan çıxsın. Beynəlxalq hüquq normalarını pozmaq olmaz. Ancaq əfsuslar olsun ki, biz belə siqnalları görmürük. Daha çox balanslaşmış ifadələr eşidirik. Əlbəttə, işğalçı dövlət - Ermənistan indiki vəziyyəti, status-kvonu dondurmaq istəyir. Ancaq bu, mümkün olmayacaq. Ona görə yox ki, beynəlxalq qurumlar onlara təsir göstərəcək. Biz buna o qədər də çox böyük ümid bəsləmirik. Biz öz gücümüzə arxalanırıq. Bütün məsələlərdə, iqtisadi-siyasi məsələlərdə olduğu kimi, bu məsələdə də öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan Ordusunun gücünə güvənirik. Vaxt gələcək Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Həm tarixi ədalət, həm beynəlxalq hüquq normaları bu haqqı tanıyır», deyə prezident Əliyev bəyan edib.






25 Dekabr, 2012  03:16 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner