Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edildi

Monitorinqlər zamanı 80 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda yerləşən “Halal market”də; Binəqədi rayonunda İsmayıl Salmanova məxsus mağazada və Xətai rayonunda Elmar İbrahimova məxsus mağazada saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. 

Xətai rayonunda isə “Günel market”də; “Xəzər market”də; M.Hadi küçəsi, ev 21 ünvanında Eldar Quliyevə məxsus mağazada; Əhmədli qəsəbəsi, ev 3 ünvanında Arzu Cəlilova məxsus mağazada; Q.Məmmədov küçəsi, ev 3C ünvanında Leyla Hacıyevaya məxsus mağazada; Binəqədi rayonunda da “Xəzər-99” firmasına məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 80 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






24 Dekabr, 2012  21:51 Baxılıb: 1151 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner