Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sement bazarında növbəti qanunsuzluq

.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara yolunda “Laçın-1” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qanunsuzluqlar aşkar olunub. Bu barədə Simsar.az-a İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, “Qaradağ L1” adlı M-400 markalı sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, M-300 markalı sementin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə “Qaradağ L1” adlı M-300 və M-400 markalı sementlərin etiketlərində çəkilərinin 401kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən az olduğu müəyyənləşdirilib.

Bundan başqa, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində istehsalçının adının, netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan qatışığın hazırlanma qaydası və tərkibi barədə məlumatlar verildiyi müəyyən edilib.

Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən “Laçın-1” firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.






24 Dekabr, 2012  20:04 Baxılıb: 1015 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner