Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BİR HƏFTƏLİK İSTİRAHƏTİN PUL İTKİLƏRİ – ARAŞDIRMA

Günəmuzd işləyənlərin kefinə soğan doğranılıb

Yeni ildə yeddi gün iş olmayacaq. 2012-ci il dekabrın 29-u və 30-u iş, 31-dən 7-nə qədər isə qeyri-iş günləri olacaq. Yeddi günlük istirahət qışın kefini çıxaranlar, əylənənlər, turizm sektorunda çalışanlar üçün məqbul sayılsa da, günəmuzd işləyənlər, maliyyə-bank sektori kimi, pulu gündəlik, dinamik fəaliyyətdən çıxanlar üçün o qədər də, arzuolunan deyil. Məsələn, qonorar əsasında qəzetlərlə, internet saytları ilə əməkdaşlıq edənlər, tikinti sektorunda çalışanlar, bir sözlə fəhləlik edib hər axşam evinə çörəkpulu aparanlar yeddi gün gəlirsiz qalacaqlar. 
Tikinti şirkətlərinin birində usta işləyən Fariz adlı şəxs bildirir ki, onlar da 7 gün işləməyəcək: “Neft şirkəti üçün bina tikirik. Şirkət işləməyəcək deyə, biz də dayanmalı olacağıq. Bir həftəlik istirahət təxminən 300 manatlıq gəlirdən məhrum olmağıma gətirib çıxaracaq”.
Fariz deyir ki, onunla birgə işləyən usta və fəhlələr yeddi günlük istirahətdən heç də məmnun deyillər.

Yeddi günlük istirahətin iqtisadi zərərlərini öyrənmək üçün iqtisadçılara müraciət etdik.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, bayram vaxtı planlaşdırılmamış qeyri-iş günlərinin təyin edilməsi ölkənin iqtisadiyyatına mənfi təsir göstərir: “Bankların, maliyyə sektorunun ayrı-ayrı sahələrinin işləməməsi ölkənin iqtisadi durumuna mənfi təsir göstərir. Pul köçürülməsi əməliyyatlarının vaxtında aparılmaması problem yaradır. Həmçinin özəl qurumlar həftə boyu işlədiklərindən, dövlət və bəzi qeyri-dövlət qurumlarının qapılarının bağlı qalması, onların işinə maneə yaradır. Ümumi daxili məhsulda artımın olmaması, istehlak prosesinin sürətlənməsi, əhalinin xərclərinin artması iqtisadiyyatda müəyyən problem yaradacaq”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycanda istirahət günlərinin sayını məmurlar öz istək və arzularına uyğun olaraq müəyyənləşdirirlər: “Yeddi günlük istirahətdən sonra işə başlamaq da çətindi. Adapitasiya problemləri meydana gəlir. Yaxşı olardı ki, bayram günlərinin sayı azaldılsın, istirahə günləri Avropa Birliyinə daxil olan ölkələrin sisteminə uyğunlaşdırılsın”.

İqtisadçı ekspert Nazim Məmmədov ölkənin qitisadi inkişafı baxımından istirahət günlərinin sayının çox olmasını mənfi hal kimi qiymətləndirsə də, əhalinin istirahət etməli olduğunu da bildirdi: “Xüsusilə, kənd rayonlarından Bakıya gələnlər üçün belə istirahətlərin olması lazımdır. Qohum-əqrəbalarına baş çəkmək, yorğunluqlarını çıxarmaq üçün yeddi günlük istirahət əhalinin müəyyən təbəqəsi üçün arzuolunandı. Yeddi gün evdə qalmaq günəmuzd işləyənlər üçün yaxşı sayılmır. Azərbaycanda 4,5 milyon məşğul insanın, 2,5 milyonu günəmuzd və ya kölgə iqtisadiyyatı şəraitində çalışır. Maaşla işləyənlər bu qədər istirahətin olmasından daha məmnun olmalıdılar. Çünki onlara həm də istirahət pulu da verilir”.
N.Məmmədova görə, bank və əhalinin ehtiyacı olduğu elə sahələr var ki, orada istirahət günlərində də işlər dayanmamalıdır: “Avropada istirahət günlərində növbətçi rejimi tətbiq olunur. Bütün hallarda yeddi günlük istirahətdən ən çox əziyyət çəkən əhalinin aztəminatlı təbəqəsi olur. Xizək sürmək, qışı kefini çıxaraq üçün Şahdağ qış idman komleksinə, Gədəbəyə və s. dağlıq rayonlara getmək istəyənlər üçün bir həftəlik istirahət əsl fürsət olacaq”.


Turanə Zeynallı






24 Dekabr, 2012  19:35 Baxılıb: 1150 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner