Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fuad Muradov virtual dostları ilə görüşüb

Millət vəkili çay süfrəsi arxasında müasir gəncliyin problemlərindən danışıb

Milli Məclisin deputatı Fuad Muradov Facebook sosial şəbəkəsindəki virtual dostları ilə görüş keçirib. Simsar.az xəbər verir ki, əlli nəfər “virtual dost”la çay süfrəsi arxasında baş tutan canlı söhbəti zamanı müasir gəncliyi narahat edən bir sıra məsələlərə ətrafında müzakirələr aparılıb. Qonaqları salamlayan millət vəkili bildirib ki, bu görüşü təşkil etməkdə məqsədi virtual şəbəkədəki dostlarının fikirləri ilə tanış olmaq və onları tanımaqdır. Gənclər F.Muradovu sosial şəbəkədəki dostları ilə görüşən ilk deputat olduğunu deyərək bu təcrübəni dəstəklədiklərini bildiriblər. 

Deputat ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını gənclik qarşısında ən böyük vəzifə olduğunu qeyd edərək bu məsələdə eyin hədəfə vurmağın zəruri olduğunu deyib. Daha sonra o, rəhbərlik etdiyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının işi və proritetləri barədə danışıb.

Görüş zamanı iştirakçılar bir sıra problemləri qaldırıblar.

Ali məktəblərdə neqativ hallarla bağlı danışan görüş iştirakçıları təhsil sahəsində olan problemləri qabardıblar. Deputat təhsil sahəsində problemlərin olduğunu deyib və Milli Məclisdə etdiyi çıxışlar zamanı bu məsələni qaldırdığını vurğulayıb. Gənclərin rüşvət faktları ilə bağlı ayrı-ayrı çıxışlarını dinləyən deputat korrupsiyaya qarşı mübarizənin vətəndaşların hər birindən asılı olduğunu qeyd edib. “Əgər prezident İlham Əliyev bu sahədə mübarizə aparmaq üçün öz iradəsini ortaya qoyubsa bu əsas istigamət kimi goturulməlidir ”-deyə deputat vurğulayıb. Daha sonra işsizliklə bağlı açılan müzakirələrə münasibətini açıqlayan F. Muradov qeyd edib ki, hazırda işə bağlı tələblər çox dəyişib. “Ölkədə həyat səviyyəsi dəyişdikcə işə qəbulla bağlı tələblər də dəyişir. Gənclərin iş yerləri ilə təmin olunması dövlətin diqqətindədir və bunun üçün dövlət proqramları hazırlanıb”.

Gənclər arasında “ağ ölüm”-narkomaniya dərdi də görüş iştirakçılarının toxunduğu məsələlərədən olub. F. Muradov bildirib ki, bu bəlaya qarşı mübarizə ciddi aparılır. Bununla yanaşı deputat narkomaniyanın inzibati yollarla həll olunmasının əleyhinə çıxıb. “Narkomanı həbsxanaya salmaqla onun həyat tərzini dəyişmək olmaz. Bu bəlaya düçar olmamaları üçün geniş maarifçilik kampaniyalarının aparılması vacibdir”-deyə deputat vurğulayıb.

Gənclərin diqqət mövzusunda olan məsələlərdən biri də ipoteka kreditləri olub. F. Muradov qeyd edib ki, ipoteka şərtlərinin sadələşdirlməsi ilə bağlı prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib və problem yaxın zamanda oz həllini tapacaq. Millət vəklinin sözlərinə görə, “sosial ev”lərin tikilməsini təklif edib. Bu evlər müəyyən vaxt və məbləğ müqabilində gəncə verilə bilər. Daha sonra elmin vəziyyəti barədə açılan müzakirələr zamanı görüş iştirakçıları bir sıra təkliflərini səsləndiriblər. Gənc mütəxəssilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün addımların atılmasının vacibliyi vurğulanıb. F. Muradov elm sahəsinə innovativ yanaşmanını vacib olduğunu qeyd edib.

Gənclərin öz fəaliyyətində aktiv olmağa səsləyən deputat gəncləri haqlı hesab etdikləri mövqelərini axıra qədər müdafiə etməyə çağırıb. “Öz üzərində işləməyən gənc perspektivli layihələrdə iş almaq barədə düşünə bilməz. Əsas düzgün hədəf və iradədidr. Çox erkən gənclik yaşımdan etibarən öz təşəbbüsümlə ölkənin gəncliklə bağlı ictimai sektoruna gəlmişəm. Demək istəyirəm ki, uğurun açarı insanın öz əlindədir”-deyə deputat vurğulayıb.

Səmimi şəraitdə və canlı müzakirlərlə keçən görüş ucun gənclər deputat F. Muradova təşəkkürlərini bildiriblər.






24 Dekabr, 2012  15:54 Baxılıb: 905 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner