Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil Nazirindən xəbərdarlıq

.

Azərbaycanın təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə bir sıra tapşırıqlar verib.

Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Mərdanovun bununla bağlı imzaladığı əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməlidirlər.
Onlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və "Qaynar xətt" xidməti yaratmalı, qərargaha və "Qaynar xətt" xidmətinə daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə operativ məlumat verilməsini, sessiyada şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir.

Rektor və direktorlar rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. Onlar imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
Bununla yanaşı, Təhsil Nazirliyinin əməkdaşlarının, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin edilməlidir.






24 Dekabr, 2012  15:42 Baxılıb: 857 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner