Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident İlham Əliyev sərəncam imzalayıb

Sərəncamın məqsədi milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasıdır

Prezident İlham Əliyev dekabrın 21-də ölkədə statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması işinin sürətləndirilməsini və dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən “e-statistika”nın inkişafını təmin etmək məqsədi ilə Sərəncam imzalayıb.

Sərəncama əsasən qəbul olunmuş Dövlət Proqramının əsas məqsədi ölkədə statistika sahəsində işlərin təkmilləşdirilməsi, o cümlədən statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması və milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasıdır.

Dövlət Proqramının əsas istiqamətləri milli hesablar sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı, meşəçilik və ətraf mühit statistikası sahəsində rəsmi statistikanın inkişaf strategiyası, geniş istifadəçi dairəsinin keyfiyyətli məlumat təminatına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, beynəlxalq standartlara cavab verən turizm statistikasının inkişaf etdirilməsi, gənclərin ölkə iqtisadiyyatında iştirakını öyrənmək, ölkə əhalisinin informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə dair seçmə statistik müayinələr aparmaq və sairədir.

Statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin tətbiqi Dövlət Proqramının əsas istiqamətlərindəndir. Burada nəzərdə tutulan tədbirlər nəticəsində keyfiyyətin idarə olunması standartları üzrə statistikanın bütün sahələrində müşahidələrin standart modellərə uyğun təhlilinə, statistik hesabat formaları və göstəricilər üzrə metaməlumatlar sistemlərinin yaradılmasına və onun məlumat bazalarına inteqrasiyasına, statistika proseslərinin və məlumatların keyfiyyətinə beynəlxalq uyğunluq sertifikatının alınmasına nail olunacaq, Komitənin internet səhifəsində yerləşdirilən yekun məlumatların məlumat bazalarına inteqrasiyası təmin ediləcək.

Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı dövlət büdcəsində Dövlət Statistika Komitəsi üçün nəzərdə tutulan vəsait və qanunvericiliyə zidd olmayan digər xarici və daxili mənbələr hesabına maliyyələşdiriləcək. Maliyyə vəsaitlərindən, əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş müayinələrin təşkili, struktur bölmələrinin rəhbər kadrlarının və mütəxəssislərinin xarici dövlətlərdə və ölkə daxilində təcrübə keçməsinin təşkili, Komitə sistemində istifadə olunan hesablama texnikasının, telekommunikasiya və digər avadanlıqların, proqram təminatının yeniləşdirilməsi və modernləşdirilməsi üçün istifadə ediləcək.






23 Dekabr, 2012  04:11 Baxılıb: 908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner