Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Prezident Təvəllüd günü münasibətilə Akihitoya təbrik məktubu ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın imperatoru Akihitoya təbrik məktubu ünvanlayıb. Simsar.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Dost Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. 

Bu gün Azərbaycan ilə Yaponiyanı möhkəm dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi təmaslarımızın gündən-günə genişlənməsi, iqtisadi və humanitar sahələrdə fəal əməkdaşlığımız xüsusilə məmnunluq doğurur. Əminəm ki, ikitərəfli münasibətlərimizin hazırkı yüksək səviyyəsinin qorunub saxlanması, qarşılıqlı maraq doğuran işgüzar əlaqələrimizin inkişaf etdirilməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir”.

İlham Əliyev Akihitoya ən xoş arzularını yetirir, möhkəm cansağlığı, uzun ömür, işlərində uğurlar, dost Yaponiya xalqına daim sülh və firavanlıq diləyib.






23 Dekabr, 2012  01:00 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner