Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Millət vəkili Gürcüstandakı soydaşlarımızın problemindən danışdı

.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva parlamentdə çıxış edib. Millət vəkili Gürcüstan vətəndaşı olan soydaşlarımızın miqrasiya ilə bağlı üzləşdiyi problemlərin həllinə köməklik göstərilməsinin vacibliyindən danışıb. Q.Paşayeva prblemlə bağlı şikayətlərin son vaxtlar müraciətlərin çoxaldığını bildirib: “Son zamanlar vəkili Gürcüstan vətəndaşı olan soydaşlarımızın miqrasiya problemlərilə bağlı müraciətlər getdikcə artır. Bu məsələdə soydaşlarımıza kömək etməliyik, dəstək göstərməliyik. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi bir neçə dəfə Dövlət Miqrasiya Xidməti rəsmiləri ilə də Gürcüstan kökənli soydaşlarımızın bu istiqamətdə narahatlıqlarının, problemlərinin, üzləşdikləri çətinliklərin həll olunmasının vacibliyini müzakirə etmişik. Gürcüstanda yaşayan soydaşlarımız istəyirlər ki, qanun tətbiq olunan zaman onlara müəyyən güzəştlər olunsun. Gürcüstandan gələnlər bizim soydaşlarımızdır və Gürcüstanda yaşayan soydaşlarımıza bu istiqamətdə nə qədər mümkündür kömək etməliyik və mən bu istiqamətdə aidiyyatı qurumlardan və hökumət üzvlərindən səylərin artırılmasını xahiş və təklif edirəm”. Millət vəkili məsələnin qısa zamanda öz həllini tapacağına inandığını qeyd edib.

İlknur Salamova






21 Dekabr, 2012  21:24 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner