Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

FAİQ AĞAYEV 250 MİNƏ "VİDA" DEDİ

.

Faiq Ağayev dekabr ayının 27, 28, 29 və 30-da Heydər Əliyev Sarayında keçiriləcək konserti ilə bağlı mətbuat konfransı keçirib. Müğənni əvvəlcə jurnalistlərə məhz 21 dekabr tarixində risk edib tədbirə gəldikləri üçün təşəkkürünü bildirib.

250 min manatlıq konsert

Daha sonra konsert haqqında məlumat verən F.Ağayev ümumi büdcənin 250.000 manat təşkil etdiyini deyib. Müğənninin sözlərinə görə, 4 gün davam edəcək konsertin ideya müəllifi Anar Əsgər, bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri Rüstəm Zeynallıdır. Afişa və posterlərin kreativ dizaynı, konsertdə yayımlanacaq xüsusi vizual görüntülərin müəllifi Elrənq Əliyevdir.

Konsert fanatının video-çarxı ilə açılacaq

Fanat sözünü sevmədiyini deyən F.Ağayev dost adlandırdığı pərəstişkarlarının konsertin təşkilində ona dəstək olduqlarını bildirib. Konsert fanatlardan birinin hazırladığı video-çarxla açılacaq.

“F.A. VİDA” adlı konsertdə müğənnini “Spider” şou-baleti və xüsusi dəvət olunmuş 10 rəqqas müşayiət edəcək.
Konsertdə 45 mahnı oxumaq istəyən müğənni bunu 4 saata yerləşdirə bilmədiyi üçün ixtisarlar aparıb. F.Ağayev mahnıları seçməkdə çətinlik çəkdiyini bildirib. Müğənni “Simsar” jurnalının redaktoru Azər Nəsibovun ondan “Vəfasızım mənim” mahnısını səsləndirməyi istəməsini xüsusi qeyd edib. Müğənni konsertdə, ümumilikdə 25 mahnı səsləndirəcəyini bildirib. Konsert 4 hissədən ibarət olacaq. 21 mahnı, 4 meqamiks olmaqla 25 musiqi ifa olunacaq. Konsertdə 9 musiqiçi, 5 vokalçı iştirak edəcək. Konsertin birinci hissəsində ancaq retro mahnılar səsləndirəcək. 

F.Ağayev heç kimə dəvətnamə göndərmədiyini deyib: “Konsertə Çingiz Abdullayevi və bir sıra ailə dostlarımı çağırmışam. Bir də mənə zəng edib gəlmək istədiyini deyən sənət dostlarım üçün dəvətnamə ayırmışam.Ancaq keçən illərdən fərqli olaraq heç kimə zəng edib dəvət göndərməmişəm. Biletlərin qiyməti münasibdir. Qiymətlər 10-60 manat arasında dəyişir. Məncə hamı gələ bilər”.

Mətbuat konfransında , biletlərin 65%-nin satıldığı qeyd olunub. Daha sonra “Əlvida” mahnısının klipi nümayiş edilib. Klipdə tanınmışş teleaparıcı Afaq Gəncəli rol alıb. Klip 18 saata çəkilib və 5 günə hazırlanıb. 
Jurnalistlərdən birinin dəvəti ilə konfrans zalına daxil olan dizayner İbo Faiq Ağayevə 21 dekabr sürprizi edib. Dizaynerin xüsusi olaraq fosfordan hazırladığı dekorativ şam hamının marağına səbəb olub. Faiq Ağayev də konsertlə bağlı sürprizi olduğunu, ancaq bu sürprizi konsertin ikinci hissəsində açıqlayacağını deyib. Sürprizin konsertin adı ilə bağlı olduğunu qeyd edib.

İlknur Salamova






21 Dekabr, 2012  20:55 Baxılıb: 1402 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner