Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İl ərzində 82,3 ton ərzaq satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi Neftçalada tədbir keçirib

Neftçalada İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda növbəti konfrans keçirilib. Bu barədə Simsar.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 650-ə yaxın istehlakçı iştirak edib.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bu ilin yanvar-noyabr ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 82,3 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini diqqətə çatdırıb. Bildirib ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunması istiqamətində Dövlət Xidməti tərəfindən inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilir. 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 178 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Bundan başqa, KİV-də istehlakçıların maarifləndirilməsi məqsədilə müxtəlif materiallar dərc edilib, birgə televiziya verilişləri hazırlanıb. Bütün bunların nəticəsidir ki, istehlakçı hüquqlarının pozulması, ticarət və xidmət obyektlərində qanun pozuntusu hallarının sayı ildən-ilə azalır.

Tədbirdə Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Xatirə






21 Dekabr, 2012  19:39 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner