Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayevadan Nazirlər Kabinetinə çağırış

“Uşaq evində böyüyən uşaqlar ali məktəblərə və orta ixtisas məktəblərinə daxil olarlarsa, onlar təhsil haqqından tam azad olunmalıdırlar”


Millət vəkili Qənirə Paşayeva valideyn himayəsindən məhrum olan və uşaq evlərində yaşayan uşaqların ali və orta ixtisas məktəblərində təhsil haqılarından tam azad edilməsi ilə bağlı Nazirlər Kabinetinə çağırış edib. Simsar.az-ın məlumatına görə, millət vəkili bu təkliflə bu gün parlamentdə çıxış edib: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr edilməli, uşaq evində böyüyən uşaqlar ali məktəblərə və orta ixtisas məktəblərinə daxil olarlarsa, onlar təhsil haqqından tam azad olunmalıdırlar. Bu il uşaq evlərində böyüyən və məzun olan 51 nəfər gəncin ali məktəblərə, 10 nəfərin isə orta ixtisas məktəblərinə daxil olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, qanunvericilikdə çox yaxın günlərdə belə bir əlavələr edilərsə, bu çox müsbət addım olar. “Biz çalışmalıyıq ki, uşaq evlərində böyüyən uşaqlar ali və orta ixtisas təhsilinə daha çox meyillənsinlər və onların təhsil haqlarından tam azad edilməsi bu məsələyə böyük təkan olardı” .
Millət vəkili Qənirə Paşayeva valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsi ilə bağlı da işlərin sürətlənməsinin vacibliyinə diqqət çəkib. Millət vəkili Nazirlər Kabinetinə müraciət edərək deyib ki, yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən “Ailə Tipli Kiçik Qrup Evi haqqında Nümunəvi Nizamnamə” və “Himayədar (foster) Ailə haqqında Əsasnamə” Təhsil Nazirliyi tərəfindən baxılması və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib və onun qısa zamanda təsdiqlənməsi vacib məsələdir: “İl artıq başa çatır. Avstriyanın maliyyə dəstəyi ilə həyata keçirilən pilot layihənin başa çatmasına isə cəmi 10 gün qalır. Nazirlər Kabinetinin bu prosesin daha sürətli həyata keçməsi və uşaq evlərində valideyn himayəsindən məhrum uşaqların ev, ailə şəraitində böyüməsi kimi vacib məsələnin həllini tapması istiqamətində bu sənədləri təsdiqləməsi vacibdir. Mən Nazirlər Kabinetindən bu məsələnin tezliklə öz həllini tapmasını xahiş edirəm”.

Fatimə Kərimli






21 Dekabr, 2012  19:20 Baxılıb: 1080 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner