Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Milli Məclisdə elmi mübahisə

Siyavuş Novruzov Gövhər Baxşəliyevanın “diletant” ittihamına sərt reaksiya verdi



Milli Məclisin bugünkü iclasında “Mədəniyyət haqqında” qanunun müzakirəsi zamanı millət vəkilləri Siyavuş Novruzovla Gövhər Baxşəliyeva arasında ciddi mübahisə düşüb.

S.Novruzovun Azərbaycan tarixi, şərqşünaslığın durumu barədə dediyi ifadələr Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva tərəfindən sərt etirazla qarşılanıb.
G. Baxşəliyeva S.Novruzovun Azərbaycan tarixi və mədəniyyəti barədə dediklərinə etiraz edərək, onu diletant və naşı adlandırıb.

Xanım deputatın sözlərinə görə, S.Novruzovun yaradıcı təşkilatlar barədə tənqidi şərhləri Milli Məclisdə səsləndirməsinə təəssüf edir və bildirir ki, deputatlar belə danışmamalıdırlar.

“Milli Elmlər Akademiyasında verilən cüzi maaş müqabilində yaradıcı adamlar son dərəcə əhəmiyyətli işlər görürlər. Məhz akademiyanın institutlarının gördüyü işlər nəticəsində Azərbaycan tarixi və mədəniyyəti haqqında ciddi və sanballı hesabatlar ortadadır. Onların yazdığı yazılar nəticəsində Azərbaycan tarixi barədə müəyyən təsəvvürlər yaranıbdır”.

Daha sonra millət vəkili qeyd edib ki, tarix barəsində diletant fikirlərin səsləndirilməsi çox yersizdir. “Xəbərləri olmamaq o demək deyil ki, vəziyyət pisdir. Apardığımız elmi araşdırmalar bəzi partiya funksionerlərindən daha çox fayda verir”.
Daha sonra G.Baxşəliyeva bildirib ki, elm adamları tərəfindən Azərbaycan mədəniyyəti, tarixi barədə çox gözəl araşdırmalar var. Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlər çox həvəs və fədakarlıqla öz işləri ilə məşğul olurlar. Gövhər Baxşəliyevanın sözlərinə görə, Tarix İnstitutunun fəaliyyətinin istənilən sahəsində irəliləyişlər var.
Daha sonra S.Novruzov G.Baxşəliyevaya cavab verib.

S.Novruzov bildirib ki, Fəzail İbrahimli və G.Baxşəliyeva Azərbaycan məktəblərində tarix kitablarının hansı səviyyədə olduğunu görəndən sonra bu suallara cavab tapmalıdır. Siyavuş Novruzov Gövhər Baxşəliyevanın onun ünvanına səsləndirdiyi “elm adamları partiya funksionerlərindən daha çox xeyir verir” ifadəsinə etiraz edərək bildirib ki, YAP-ın funksioneri olmaqdan qürur duyur.

“Partiya funksioneri olmağı özümə şərəf hesab edirəm. Heydər Əliyevin çörəyini yeyənlər, atalı, balalı, analı qaçıb gizlənəndə YAP-ı yaradanlar əziyyət çəkiblər. Gövhər Baxşəliyevanın çıxışına etirazımı bildirirəm. Yeni Azərbaycan Partiyasının sıralarında çox sanballı elm adamları olub. Elə Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, mərhum Ziya Bünyadov məhz belə adamlardan olub”.
S.Novruzov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sıralarında çoxlu adlı-sanlı alimlər var. “Abel Məhərrəmovun elmi işlərini yüksək qiymətləndirmişik və hakim partiya onu Nobel mükafatın təqdiminə irəli sürmüşdü”.
S. Novzurov bildirib ki, hər hansı fikri deyərkən onun əsaslandırılması vacibdir. Deputatların çıxışları ilə bağlı belə əsassız ifadələrin işlədilməsi yolverilməzdir.

“Bu gün kimsə ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq İnstitutunda direktor işləyir. Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq. Azərbaycanın şərəfli və tarixi elmi keçmişi var. Qara Qarayev, Üzeyir Hacıbəyov, Ziya Bünyadov və digərləri var. Gəlin görək Şərqşünaslıq İnstitutu Ziya Bünyadovdan başqa kimi yetişdirib ortaya qoyub? İnternetə baxdıqda Qafqazda Albaniya, Atropatena, Nizami ilə bağlı çox araşdırmaların ortaya qoyulduğunun şahidi ola bilərik. Bəs siz hansı əsərləri yazıb ortaya qoymusunuz? Bunun hesabatı hardadır? Kimsə Firdovsidən müdafiə edib alim adı alıbsa, bu yanaşma deyil axı”, – deyə S.Novruzov vurğulayıb.
YAP-çı deputat qeyd edib ki, istənilən adamla onun öz sahəsində polemika aparmağa hazırdır.

“Əgər indi bu adam direktordursa, sabah başqası ola bilər. Kimsə bu vəzifədə əbədi deyil. Bu gün biridirsə, sabah başqası ola bilər. Bəzən kimisə tənqid edirsən. Nazirlikdən cavab gəlir. Elə bilir ki, ömürlük orada oturub. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Mən 3 ali təhsil almışam, kim deyir ki, savadsızam. Naşılıq deyirlər. Mən 20 ildir ki, siyasi həyatdayam, nə danışdığımı yaxşı bilirəm. O danışanlar 20 ildə hansı əsəri ortaya qoyub? Bu məsələləri müzakirə etmək lazımdır. Kimsə çıxış edirsə, öz fikrini desin. Deputatın fikirlərini diletantlıq ifadələri saymaq yolverilməzdir. İstənilən adamla onun sahəsində müzakirə etməyə hazıram”, – deyə S.Novruzov əsəbi şəkildə çıxışını yekunlaşdırıb.






21 Dekabr, 2012  19:11 Baxılıb: 1096 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner