Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SAYT RƏHBƏRLƏRİ: “BİZ “APA”-NIN ADINI ÇƏKMƏMİŞİK”

Bir neçə gün öncə ölkənin aparıcı informasiya saytlarına edilən hücumlar media orqanları arasında mübahsiyə səbəb olub.

Bəzi mətbu orqanlarda qeyd olunub ki, saytlara qarşı hücumların arxasında “APA” informasiya egentliyinin işçiləri durub. 

Bu gün “APA Holding” bəyanat yayaraq barəsindəki ittihamları təkzib edib və həmin mətbuat orqanları ilə məhkəmədə görüşəcəyini bildirib.

“APA Holding”-in rəhbəri Simsar.az-a bildirib ki, o, hücuma məruz qalan saytların “APA”dan şübhələndiklərini deməyib: “Bəyanatda göstərilib ki, qeyri-peşəkar davranışa yol verən media orqanlarının xüsusən haker hücumlarına məruz qalan saytların rəhbərlərinin heç bir açıqlamalarında baş verənlərə görə “APA Holding”i ittiham etmədiyi halda bunu etməsi təəssüf doğurur və qərəzdən xəbər verir”.

“APA Holding” abunəçisi və daimi istifadəçisi olan saytlara edilən haker hücumlarını pisləyir, onlarla daim həmkar həmrəyliyi nümayiş etdirməyə hazır olduğunu qeyd edir” - deyə, açıqlamada bildirilir.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Simsar.az-a açıqlamasında bilidirb ki, “musavat.com” saytına edilən haker hücumları ilə bağlı “APA”nı ittiham etmədiklərini bildirib: “Dünən mənə “Azadlıq” qəzetindən zəng edib, bu barədə soruşdular. Cavab verdim ki, konkret şübhələndiyim hədəf yoxdur. Amma eyni zamanda hər kəsdən şübhələnirəm”.

“Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud Simsar.az-a qeyd etdi ki, o, sayta olan hücumlarla bağlı konkret ad çəkməyib: “Demişəm ki, bu hücumları rəqabətdə bizə uduzan həmkarlar edib. Amma sayt adı çəkməmişəm. Hücumlar saytda tənqid olunan nazirliklər, digər qurumlardan da ola bilər. Aidiyyəti qurumlar araşdırıb hücumun kim tərəfindən təşkil olunduğunu müəyyənləşdirməlidilər”.

Qeyd edək ki, saytlara hücumun “APA” tərəfindən təşkil edildiyi barədə “Gündəm Xəbər” və “Azadlıq” qəzetlərində məlumat verilib.






21 Dekabr, 2012  18:39 Baxılıb: 1256 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner