Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Ziya Bünyadovun ad günüdür

O, SSRİ-nin Qırmızı Bayraq, Aleksandr Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.



Akademik , şərqşünas Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci ildə 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilib.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib. Ziya Bünyadov 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycana qayıdıb.
Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası" əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələr'in xülasəsi və qüdrətli hökmdarın möcüzələri" 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnin həyatının təsviri" əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə edib.
1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faktlarla ifşa etmişdir.
Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandr Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.
1997-ci il fevral ayının 21-də cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.






21 Dekabr, 2012  14:29 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner