Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakı-Sumqayıt yolunda ağır nəqliyyat qəzası baş verib

.

Gecə Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası meydana gəlib. Hadisə Baş Dövlət Yol Polisi idarəsi ekologiji nəzarət postunun yaxınlığında baş verib. Hadisə zamanı 27 yaşlı Baki sakini Bayramov Böyükbəy Şakir oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla yolu keçmək istəyən 41 yaşlı İbrahimov Əkrəm Akif oglunu vurub.

Qəzadan sonra sürücü Böyükbəy Bayramov piyadanı elə şəxsi avtomaşını ilə təcili olaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırıb. Amma baş nahiyəsində xəsarət alan yaralının həyatını xilas etmək mümkün olmayıb.

YPX-nin baş inspektoru İlqar Niftəliyev mərhumun piyadalar üçün nəzərdə tutulan keçiddən keçmədiyini, bu səbəblə də avtomobilin zərbəsi ilə üzləşdiyini deyib.

Yol nəqliyyat hadisəsi ilə bağlı BDYP idarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Faktla bağlı idarənin istintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb.






21 Dekabr, 2012  10:24 Baxılıb: 909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner