Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Taxta və lambir bahalaşıb

Tikinti materiallarının qiyməti artmaqda davam edir

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2012-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialının növbəti araşdırılması aparılıb. Birlikdən Simsar.az-a verilən məlumata görə, ötən ayda bəzi tikinti materialları üzrə qıtlığın yaranması məhz həmin materiallar üzrə qiymət artımına səbəb olmuşdu ki, bu da orta qiymətlərin artmasına (0,10 faiz) təsir göstərmişdi. Oktyabr-noyabr aylarında isə bunun əksinə olaraq qiymətlərin azalması ilə müşahidə edilib.

Qiymət azalması əsasən Rusiya və Ukraynadan idxal olunan dəmir materiallarında və İran və Türkiyə idxalı olan şüşə, penoplast və şüşə pambıq materiallarında qeydə alınıb. Qiymət azalmasına səbəb tikinti mövsümünün tədricən sona çatması və alqı-satqının həcminin zəifləməsidir. 

87 növdə tikinti materialından 20 faizi üzrə qiymət azalması baş versə də, qiymət artımı müşahidə edilənlər də (5 faiz) olub. Ən çox qiymət artımı taxta və lambirdə qeydə alınıb. 1 kub metri 225 manata satılan taxta 235 manata, 2,10 manata satılan lambirin isə 2,30 manata təklif edilib. Beləliklə ümumilikdə orta qiymət ötən ayla müqayisədə 2,39% azalma ilə yadda qalıb. 

Oktyabr-niyabr aylarında qiymət azalması müşahidə edilən tikinti materiallarının siyahısı aşağıdakı formada qeydə alınıb:

Armatur -3,7

Sink təbəqə -0,54

Künyə -0,19

Asma tavan -0,53

Şveller -0,78

Şüşə -0,87

Boru -2,11

Penoplast -12,50

Dəmir təbəqə -0,93

Şüşə pambıq -2,11

Katinka -2,22

 

Qiymət artımı qeyd edilən tikinti materialları isə aşağıdakı cədvələ uyğun olub:

 

Taxta +4,44

Lambir +7,69

 

Digər tikinti məhsullarının qiymətlərində dəyişmələr baş verməyib.

Qeyd edildiyi kimi, 2012-ci ilin oktyabr-noyabr aylarında bazarda müşahidə edilən orta qiymət sentyabr ayı ilə müqayisədə 2,39 faiz azalma təşkil edib. İlin əvvəli ilə müqayisədə bu qiymət fərqi 3,7 faiz, ötən ilin müvafiq dövrünə nisbətdə isə 4,3 faiz azalma təşkil edib.

Аrаşdırılаn məhsullаr üzrə rеspublikаmızdа istеhsаl оlunаn mаllаrın ümumi qiymət portfelində bazar pаyı 52,5 faiz təşkil еdib ki, bu göstərici idxal məhsullarını 1,11 faiz üstələyib.






21 Dekabr, 2012  03:16 Baxılıb: 2184 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner