Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbər: "Hamı Şaxta babanı da sevir, vahid namizədi də"

 «O «Asiman»a toplaşan partiyalar yığışıb vahid namizədi müəyyən etsinlər. Kim mane olur?» 

Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkənin siyasi həyatında baş verənlər və özünün 2013-cü il strategiyası haqda fikirlərini "Azadlıq" radiosunun canlı efirində açıqlayıb. 

İsa Qəmbər əsasən dinləyicilərin ona ünvanlandığı suallara cavab verir. Müsavat başqanı müxalifətin vahid namizədi məsələsi barədə verilən və bir sıra aparıcı müxalifət partiyaların bir araya gəlməsi barədə suala cavab olaraq deyib ki, o, vahid namizəd olmaq niyyətində deyil, hansı partiyalar vahid namizədlərini müəyyənləşdirmək istəyirlərsə buyurub etsinlər. 

«O «Asiman»a toplaşan partiyalar yığışıb vahid namizədi müəyyən etsinlər. Kim mane olur?» 

Aparıcının «axı onların arasında müttəfiqiniz də var» sualına Müsavat başqanı belə cavab verib:

«Olsun da, lap yaxşı. Əgər hesab edirlərsə ki, orda olmaq lazımdır, olsunlar». 

İsa Qəmbər Müsavatın seçkidə iştirak edəcəyi, özünün da namizəd olacağı haqda açıqlamalara sərt münasibət göstərənləri qınayıb. Deyib ki, belə bəyanatları başqaları da verir, amma onlara reaksiya verən yoxdur. Buna misal olaraq Rəsul Quliyevin «ya mən olacam, ya da İlham Əliyev hakimiyyətdə qalacaq» açıqlamasını göstərib. 

Bundan başqa, Müsavat başqanı bildirib ki, gələn il seçki kampaniyası ərəfəsində bir daha müxalifət partiyalarının liderləri ilə görüşlər keçiriləcək, məsləhətləşmələr aparılacaq. 

Çıxışının sonunda İsa Qəmbər vahid naizəd məsələsi barədə səslənən suala cavab olaraq deyib ki, bu məsələ artıq Şaxta baba söhbətinə dönüb: 

"Hamı Şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, Şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir".

2003-cü ildə müxalifətin vahid namizədinin müəyyən olunması üçün çox əmək, enerji sərf etdiyini bildirən Müsavat başqanı əlavə edib ki, buna baxmayarq, müxalifət vahid namizəd müəyyənləşdirə bilmədi: 

"Mən seçkilərdə qalib gəldim, amma müxalifətin vahid namizədi kimi yox. Ona görə də bu məsələyə vaxt, enerji sərf etmək niyyətində deyiləm».

Müsavat başqanının sonuncu fikirlərini AXCP-yə mesaj kimi də qəbul etmək olar ki, bütün cəhdlərə baxmayaraq 2003-cü ildə Əli Kərimli İsa Qəmbəri dəstəkləmədi.Ona görə də Əli Kəimlinin Müsavatın dəstəyinə bel bağlaması əbəsdir.

 






21 Dekabr, 2012  02:07 Baxılıb: 1288 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner