Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

GUAM PA Bəyannamə qəbul etdi

Bəyannamədə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı münaqişələrin Avropa üçün təhlükə yaratdığı vurğulanıb

 

 

GUAM Parlament Assambleyasının (PA) Bakıda keçirilən 5-ci iclasının bu gün yekun bəyannaməsi qəbul olunub.

Simsar.az-ın verdiyi məlumata görə, sənəddə GUAM ərazisində həlli uzanan Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı münaqişələr ilə bağlı narahatlıq ifadə olunub.

Bəyannamədə vurğulanır ki, bu münaqişələr hazırkı situasiyada tək GUAM-a üzv olan ölkələr üçün deyil, bütün Avropa üçün təhlükə yaradır. GUAM PA Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki töhfələrini yüksək qiymətləndirib və quruma üzv dövlətlər ilə həyata keçirilən enerji layihələrinə öz dəstəyini ifadə edib. Sənəddə tərəflər GUAM PA çərçivəsində demokratiya və insan haqları, ölkələrin iqtisadi inkişafı, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması kimi məsələlərin vacibliyini vurğulayırlar. Qurum bəyannamədə Avropa İttifaqı ilə, xüsusilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əlaqələrin daha sıx inkişafını dəstəklədiyini bildirir. Bəyannamədə GUAM-a üzv olan ölkələr beynəlxalq sistemdə vahid mövqedən çıxış etməsi zəruri sayılır.






20 Dekabr, 2012  23:19 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner