Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Quba işi”nin prokuroru ağladı

/

Bu gün Quba rayon Məhkəməsində Füzuli Pənahovun sədrliyi ilə 1 mart hadisələrində təqsirləndirilən 7 nəfərin işi ilə bağlı iclas keçirilib. İslasda prokuror Soltanməhəmməd İsmayılov təqsirləndirilən şəxlərə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Tələbdə təqsirləndirilən şəxslər Səfər Qəribov, Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun hər birinə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasl istənilib. Habil Əliyevə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istənilməklə yanaşı, əvvəllər barəsində çıxarılmış qərara əsasən ödənilməmiş qalmş 200 manat cərimənin ödənilməsi də tələb olunub.

Prokuror cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini istəyib.

Maraqlıdır ki, cəza tələb edərkən prokuror Soltanməhəmməd İsmayılovun gözləri yaşla dolub, təxminən bir dəqiqə ərzində nitqini davam etdirməyə çətinlik çəkən prokuror təqsirləndirilən şəxslərə cəza istəməyin onun üçün ağır olduğunu deyib: "Onları öz ailələrindən ayırmaq ağırdır, amma biz bu məsuliyyəti üzərimizə götürməyə məcburuq".






20 Dekabr, 2012  21:36 Baxılıb: 1176 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner