Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva: “Uşaq evlərində böyüyən uşaqlar təhsil haqqından tam azad olunmalıdır”

Millət vəkili problemi parlamentdə qaldıracağını da bildirib

Millət vəkili Qənirə Paşayeva “Azərbaycan Respublikasında Dövlət Uşaq Müəssisələrində uşaqların ailələrə verilməsi və nativ qayğı Dövlət Proqramı” çərçivəsində keçirilən hesabat konfransında iştirak edib. O, çıxışında bildirib ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr edilməli, uşaq evində böyüyən uşaqlar ali məktəblərə və orta ixtisas məktəblərinə daxil olarlarsa, onlar təhsil haqqından tam azad olunmalıdırlar: “Biz çalışmalıyıq ki, uşaq evlərində böyüyən uşaqlar ali və orta ixtisas təhsilinə daha çox meyillənsinlər və onları təhsil haqlarından tam azad etmək bu məsələyə böyük təkan olardı”. 
Q.Paşayeva bu məsələni parlamentdə qaldıracağını da bildirib.

Millət vəkili valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsi ilə də bağlı işlərin sürətlənməsinin vacibliyinə diqqət çəkib. 18 yaşlı uşaqların hələ də uşaq evlərində yaşamağa davam etməsinin problem olduğunu bildirən Q.Paşayeva : “Biz o uşaqların gələcəyi ilə bağlı daha çox düşünməliyik və onların yaşayış yeri ilə təmin olunması məsələsi öz həllini tapmalıdır, bunu üçün ölkəmizin lazımi imkanları da var. Uşaq evlərində böyüyən və valideyn himayəsindən məhrum olunmuş uşaqların ailələrə verilməsi və ailə ortamında böyüyüb, tərbiyə alması istiqamətində həyata keçirilən layihələrin genişlənməsi olduqca vacibdir və bu istiqamətdə hamımız səylərimizi daha da artırmalıyıq”- deyib.

 






20 Dekabr, 2012  21:28 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner